Hovuza gedənlərin nəzərinə: Dərinizdə bu qabarcıqlar varsa, TƏHLÜKƏDƏSİNİZ!
Hovuza müntəzəm getmək yoluxmuş insan və ya əşyalarla təmas zamanı ötürülən virus mənşəli dəri infeksiyası — molyuskum kontagiozuma yoluxma riskini artıra bilər.
TodayPress TV xəbər verir ki, bu barədə “Huanqiu Şibao” SyanNan Universitetinin həkimlərinə istinadən məlumat yayıb.
Xəstəliyə molyuskum kontagiozum virusu səbəb olur. Adətən dəridə ət rəngli və ya ağımtıl rəngdə, mərkəzində göbək formasını xatırladan xarakterik çökəklik olan kiçik, dairəvi qabarcıqlar əmələ gəlir.
“İnfeksiya yoluxmuş şəxsin dərisi ilə birbaşa təmas, ümumi dəsmallardan və digər əşyalardan istifadə, həmçinin səpkilərin qaşınması zamanı virusun bədənin digər nahiyələrinə yayılması yolu ilə ötürülə bilər. Hovuzların və ümumi hamam otaqlarının nəm mühiti bu ötürülmə yolunun daha ehtimallı olduğu şərait yaradır”, – deyə həkimlər bildiriblər.
Aysel Mətləb