Hər gün içdiyimiz çay və yediyimiz şokoladın əsl FAYDALARI
Alimlər müəyyən ediblər ki, şokolad və çayda olan flavonollar qan təzyiqinin aşağı salınmasına müsbət təsir göstərə bilər.
TodayPress TV xəbər verir ki, araşdırmada 5 mindən çox insanın məlumatları təhlil olunub. Nəticələr göstərib ki, flavonollar xüsusilə yüksək təzyiqi olan insanlarda təzyiqin azalmasına kömək edir.
Mütəxəssislər bildirirlər ki, çay və şokolad hipertoniya müalicəsini əvəz etmir, lakin sağlam qidalanma və düzgün həyat tərzi ilə birlikdə əlavə fayda verə bilər.
Flavonollar həmçinin üzüm və alma kimi məhsullarda da mövcuddur.