Günəşə məruz qalmaq dəri xərçəngi riskini artırır

Günəşə məruz qalmaq dəri xərçəngi riskini artırır
16.06.2025 05:39 Sağlamlıq

Dermatoloqlar yay fəslində günəş şüalarının təsirinin ikiqat artdığını və bu səbəbdən dərini qorumağın vacibliyini vurğulayırlar.

TodayPress TV xəbər verir ki, dərinin tez-tez və uzun müddət birbaşa günəşə məruz qalması yalnız yanma və ləkələnməyə deyil, eyni zamanda dəri xərçənginin yaranmasına da səbəb ola bilər.

Xüsusilə saat 11:00-dan 16:00-a qədər birbaşa günəş altında qalmaq təhlükəlidir. 

Həkimlər bu saatlarda çölə çıxmamağı, çıxıldıqda isə mütləq günəşdən qoruyucu "SPF 30" və daha yüksək faktorlu kremlərdən istifadəni, papaq və eynək taxmağı tövsiyə edir.

Türkan İsgəndərli

XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər