Gündəlik fiziki aktivlik ölüm riskini azaldır

Gündəlik fiziki aktivlik ölüm riskini azaldır
25.05.2025 18:30 Sağlamlıq

Aparılan tədqiqatlara əsasən, gündə ən azı 30 dəqiqəlik orta intensivlikdə fiziki aktivlik ürək-damar xəstəlikləri, piylənmə və şəkərli diabet kimi xroniki xəstəliklərin riskini ciddi şəkildə azaldır.

TodayPress TV xəbər verir ki, belə bir rejim ömrü orta hesabla 3-5 il uzada bilər.

Araşdırmaçılar qeyd edirlər ki, idman zalına getmək mütləq deyil – sürətli gəzmək, pilləkənlə qalxmaq və ya velosiped sürmək kimi sadə gündəlik fəaliyyətlər belə faydalıdır.

Mütəxəssislər xüsusilə ofis işçilərinə uzun müddət oturmamaq və fasilələrlə hərəkət etmək tövsiyə edir.

Türkan İsgəndərli

XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər