“Ət xalını” evdə götürmək istəyənlərə XƏBƏRDARLIQ - Bu səhvə qurban gedə bilərsiniz

“Ət xalını” evdə götürmək istəyənlərə XƏBƏRDARLIQ - Bu səhvə qurban gedə bilərsiniz
29.06.2026 16:40 Sağlamlıq

Boyunda yaranan kiçik çıxıntılar əksər hallarda insanların düşündüyü kimi “ət xalı” deyil, papilloma və ya dəri çıxıntıları olur. Bu törəmələr əsasən sağlamlıq üçün təhlükə yaratmasa da, bəzi hallarda həkim müayinəsi vacib sayılır.

Bu barədə TodayPress TV-yə danışan dermatoloq Ramil Qocayev bildirib ki, boyunda yaranan bu çıxıntılar çox vaxt sadəcə estetik narahatlıq yaradır. Lakin onların rəngi, ölçüsü və ya forması dəyişərsə, qanama, ağrı və ya sürətli böyümə müşahidə olunarsa, mütləq dermatoloqa müraciət edilməlidir.


Həkimin sözlərinə görə, belə törəmələrin götürülməsi üçün ən uyğun üsullardan biri lazerdir. O, ev şəraitində çıxıntıları sapla bağlamağın, kəsməyin və ya yandırmağın düzgün olmadığını, bunun infeksiya, qanaxma və digər fəsadlara səbəb ola biləcəyini bildirib.

Xanım Musayeva

XƏBƏR LENTİ
29 IYUN 2026
Bütün Xəbərlər