Ərikdən kimlər ehtiyatla istifadə etməlidir?

Ərikdən kimlər ehtiyatla istifadə etməlidir?
18.08.2026 16:20 Sağlamlıq

Ərik mükəmməl yay qəlyanaltısı hesab olunsa da, bu meyvə hər kəs üçün faydalı olmaya bilər.

TodayPress TV xəbər verir ki, ərik "C", "A", "B" və "P" vitaminləri, həmçinin kalium, maqnezium, dəmir və fosforla zəngindir.

Bu meyvələrin immunitet sistemini dəstəklədiyi, mədə-bağırsaq fəaliyyətini yaxşılaşdırdığı, həzmi normallaşdırdığı, görmə qabiliyyətinə müsbət təsir göstərdiyi və iltihabəleyhinə xüsusiyyətlərə malik olduğu bildirilir. Bununla belə, sağlam insanların belə gündəlik ərik qəbulunu təxminən 150 qramla məhdudlaşdırması tövsiyə olunur.

Əsas məhdudiyyətlərdən biri şəkərli diabetlə bağlıdır. Xüsusilə 2-ci tip diabetdən əziyyət çəkən şəxslərin ərik istehlakına diqqət etməsi vacibdir. Bundan əlavə, tərkibindəki turşular səbəbindən qastrit, mədə xorası və kəskin pankreatit zamanı ərikdən istifadə məsləhət görülmür.

Qaz, ishal və sidik yolları ilə bağlı problemləri olan şəxslər də bu meyvəni ehtiyatla qəbul etməlidirlər. Ərikdəki oksalatların bəzi insanlarda böyrək daşlarının əmələ gəlməsinə şərait yarada biləcəyi qeyd olunur.

Mütəxəssislər sağlamlıq vəziyyətindən asılı olaraq ərik istehlakının miqdarına diqqət yetirməyi və xroniki xəstəlikləri olan şəxslərin qida rasionunda dəyişiklik etməzdən əvvəl həkimlə məsləhətləşməsini tövsiyə edirlər.

Türkan İsgəndərli

TodayPress TV

XƏBƏR LENTİ
18 AVQUST 2026
Bütün Xəbərlər