Duz və şəkərin sağlamlığa zərərli təsirləri artır

Duz və şəkərin sağlamlığa zərərli təsirləri artır
31.05.2025 19:30 Sağlamlıq

Mütəxəssislər artıq duz və şəkərin gündəlik qidalanmada çox istifadə olunmasının sağlamlıq üçün ciddi problemlərə yol açdığını bildirirlər. 

TodayPress TV xəbər verir ki, duzun həddindən artıq qəbulu böyrək və qaraciyər funksiyalarını zəiflədərək, kalsiumun orqanizmdən çıxmasına və nəticədə ödem yaranmasına səbəb olur.

Bu vəziyyət uzun müddətdə ciddi sağlamlıq pozuntularına gətirib çıxara bilər. Şəkər isə piylənmə, ateroskleroz və metabolik xəstəliklərin inkişaf riskini artıran əsas amillərdən biridir. 

Mütəxəssislər qeyd edir ki, yüksək duz və şəkər əsasən "fast food" məhsulları, yarımfabrikatlar, enerji və şirin qazlı içkilər, həmçinin mağaza souslarında geniş istifadə olunur.

Bu səbəbdən, sağlam qidalanma üçün bu məhsulların istehlakını azaltmaq vacibdir.

Türkan İsgəndərli

XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər