Döş xərçəgi dərmanı əlavə xərçəng riski yaradır

Döş xərçəgi dərmanı əlavə xərçəng riski yaradır
07.09.2025 15:25 Sağlamlıq

Massaçusets Texnologiya İnstitutu və Harvard Universitetinin alimləri müəyyən ediblər ki, döş xərçəngi müalicəsində istifadə olunan tamoksifen dərmanı bəzi qadınlarda uşaqlıq yolunda ikincil şişlərin yaranma riskini artırır.

TodayPress TV xəbər verir ki, “Nature Genetics” məlumat yayıb.

Araşdırmaya görə, tamoksifen "PI3K" siqnal yolunu aktivləşdirərək mutasiya olmadan da şişlərin inkişafına səbəb ola bilər.

Qeyd edək ki, tamoksifen 1970-ci illərdən estrogen reseptoru-müsbət döş xərçəngi müalicəsində tətbiq olunur və effektiv dərman hesab edilir. Lakin tədqiqat göstərir ki, onun bəzi hallarda əlavə risklər yaratma ehtimalı var.

Türkan İsgəndərli

TodayPress TV

XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər