Doğum Evinin fəaliyyəti yenidən təşkil edildi

Doğum Evinin fəaliyyəti yenidən təşkil edildi
12.09.2025 16:56 Sağlamlıq

TƏBİB-in tabeliyində fəaliyyət göstərən Ağciyər Xəstəlikləri Mərkəzinin nəzdindəki Doğum Evi müasir tələblərə uyğun şəkildə yenidən təşkil edilərək istifadəyə verilib. 

Bu barədə TodayPress TV-yə TƏBİB-dən məlumat verilib.

TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov və aidiyyəti struktur bölmə rəhbərləri Doğum Evinin fəaliyyəti ilə tanış olub.

Doğum Evinin fəaliyyəti haqqında məlumat verən Ağciyər Xəstəlikləri Mərkəzinin direktoru Nəhmət Rəhmanov bildirib ki, müasir tələblərə uyğun yenidən qurulan tibb müəssisəsi keyfiyyətli və ixtisaslı tibbi xidmətlərin göstərilməsi üçün tibbi avadanlıqlarla təchiz olunub, tənəffüs orqanları xəstəliklərindən əziyyət çəkən hamilələrin diaqnostikası, müalicəsi və doğuşu üçün bütün zəruri şəraitlə təmin olunub.

Tibb müəssisəsində vərəmə yoluxan və ya bu xəstəliyə yoluxmaqda şübhəli hesab edilən hamilələrin sağlam körpə dünyaya gətirməsi üçün observasiya zonası yaradılıb. 

5 min (4 364) kvadratmetr sahəni əhatə edən ikimərtəbəli tibb müəssisəsində iş prosesinin səmərəli təşkili, xəstələrə qulluğun yüksək səviyyədə təmin edilməsi üçün müasir şərait yaradılıb.

Doğum evində əməliyyat, prosedur və doğuş otaqları, habelə 30 çarpayılıq Ginekologiya, 5 çarpayılıq Anesteziologiya və reanimasiya şöbəsi tam müasir tələblərə uyğunlaşdırılıb və hər bir yataq havalı döşəklə təmin edilib. 

Cərrahiyyə blokunda əməliyyat, əməliyyata hazırlıq və ayıltma otaqları, Doğum şöbəsində doğuş otağı və doğuşahazırlıq palatası yaradılıb.

Cərrahiyyə bloku və Doğuş otağı, Reanimasiya otağı və palatalar müasir tibbi avadanlıqlarla, o cümlədən anesteziya, süni ventilyasiya cihazları, mərkəzləşdirilmiş oksigen və vakuum sistemləri, defibrillyator, monitor kompleksləri, portativ rentgen, USM cihazları və digər avadanlıqlarla tam təchiz edilib.  

Yenidoğulmuşların intensiv terapiyası və reanimasiya  şöbəsində yerləşən palatalarda normativlərə uyğun bütün şərait yaradılıb. Eyni zamanda ana südü ilə qidalanmanın təbliği məqsədilə tibb müəssisəsində Ana və uşaq otağı yaradılıb.

Pasiyentlərin günün hər saatında bütün laboratoriya testlərinin və instrumental müayinələrinin aparılması üçün şərait yaradılıb.

Tibb müəssisəsində Aptek, Qeydiyyat, Texniki dəstək bölmələri ilə yanaşı, qazanxana, camaşırxana, təsərrüfat otaqları və anbar üçün ayrıca köməkçi sahələr ayrılıb. 

Doğum evi yüksək sürətli internet şəbəkəsi və müasir kompüter avadanlıqlarla təchiz olunub, tibbi xidmətlərin elektronlaşdırılması istiqamətində işlər yekunlaşdırılıb. Bu imkanlar tibb personalının işini asanlaşdırmaqla yanaşı, pasiyentlər üçün də təhlükəsiz mühit yaradır.

Doğum evinin istifadəyə verilməsi ana və uşaq sağlamlığının qorunması, vərəmin qarşısının alınması və sağlam cəmiyyətin formalaşdırılması istiqamətində mühüm addımdır.

TodayPress TV

FOTOLAR

Doğum Evinin fəaliyyəti yenidən təşkil edildi — 1
Doğum Evinin fəaliyyəti yenidən təşkil edildi — 2
Doğum Evinin fəaliyyəti yenidən təşkil edildi — 3
Doğum Evinin fəaliyyəti yenidən təşkil edildi — 4
Doğum Evinin fəaliyyəti yenidən təşkil edildi — 5
Doğum Evinin fəaliyyəti yenidən təşkil edildi — 6
Doğum Evinin fəaliyyəti yenidən təşkil edildi — 7
XƏBƏR LENTİ
31 MAY 2026
Xameneinin iqamətgahı belə vurulub - Müharibənin GİZLİ GÖRÜNTÜLƏRİ 15:46 ABŞ–Azərbaycan İqtisadi Dialoqu keçiriləcək 14:23 Leyla Əliyevadan fermer qadına incə davranış - VİDEO 14:19 "Makedon" vəfat etdi 15:00 Tramp Omanı hədələdi 13:40 Azərbaycanlı fotoqraf beynəlxalq sərgi ilə Romada çıxış edir 14:29 Azərbaycan millisi Qazaxıstanla qarşılaşacaq 12:43 Bərədə AĞIR QƏZA: 10 nəfər yaralandı 13:28 Türkiyədə zəncirvari qəzada dörd nəfər öldü 12:13 Sürücülərə XƏBƏRDARLIQ 13:19 Paşinyan "Tramp marşrutu" və yeni dəmir yolu planlarını açıqladı 12:30 Azərbaycanın bəzi rayonlarında şimşək çaxacaq, dolu düşəcək - PROQNOZ 12:45 İran bir "Yasin"ə Azərbaycanı Ermənistana satdı 12:26 İsraildən Livan açıqlaması: Bofort qalası ələ keçirildi 12:07 Xameneinin dəfn mərasiminə hazırlıq başladı 12:20 Azərbaycan millisi Avropa Kubokuna qızıl medalla başladı 12:01 ABŞ-dən narkotacirlərin gəmisinə zərbə: Ölənlər var - VİDEO 11:46 Tramp şərtləri sərtləşdirir: ABŞ-İran müqaviləsi sual altındadır 11:39 FAKTİKİ HAVA: Şahdağda qar yağıb, Kəlbəcərə dolu düşüb 11:42 AZAL bu istiqamətdə uçuşlarını bərpa etdi 09:34 Türkiyədə sərnişin avtobusu yanıb, ölənlər var 09:37 ABŞ-İran danışıqları uzanır: Tramp səbəbi açıqladı 09:23 PSJ-nin qələbəsindən sonra baş verən iğtişaşlarda azı 12 nəfər yaralandı 09:46 Tramp İranla bağlı planını açıqladı: "Razılıq əldə olunmasa..." 09:42 ABŞ-yə məxsus PUA vuruldu - SEPAH 09:18 Bütün Xəbərlər