Bu meyvəni çox yemək təhlükəli ola bilər – Həkimlər səbəbini AÇIQLADI

Bu meyvəni çox yemək təhlükəli ola bilər – Həkimlər səbəbini AÇIQLADI
07.07.2026 03:40 Sağlamlıq

Həkimlər əriklərin vitamin, lif və antioksidantlarla zəngin olduğunu, sağlamlıq üçün faydalı meyvələrdən sayıldığını bildiriblər. Bununla belə, bu meyvənin hər kəs üçün uyğun olmadığı vurğulanıb.

TodayPress TV xəbər verir ki, mütəxəssislərin sözlərinə görə, şəkərli diabet, qıcıqlanmış bağırsaq sindromu, ishala meyllilik, mədə həssaslığı, böyrək xəstəlikləri və çəyirdəkli meyvələrə allergiyası olan şəxslər ərikdən ehtiyatla istifadə etməlidirlər.

Həkimlər, həmçinin qeyd ediblər ki, qurudulmuş ərik təzə meyvə ilə müqayisədə daha çox şəkər və kalori ehtiva etdiyindən onun da normada istehlakı tövsiyə olunur.

Kübra Musayeva

XƏBƏR LENTİ
07 IYUL 2026
Bütün Xəbərlər