Bağırsaq xərçəngi halları azaldıla bilər

Bağırsaq xərçəngi halları azaldıla bilər
24.06.2025 19:45 Sağlamlıq

Britaniyanın Xərçəng Araşdırmaları Təşkilatının məlumatına görə, bağırsaq xərçəngi hallarının yarıdan çoxunun qarşısını almaq mümkündür.

TodayPress TV xəbər verir ki, düzgün qidalanma, siqaretdən və spirtli içkilərdən uzaq durmaq, sağlam çəki saxlamaq xəstəliyin riskini azalda bilər.

Təşkilat son illər bu xərçəng növünün 50 yaşdan aşağı insanlarda daha çox rast gəlindiyini, qadınlarda isə daha aqressiv keçdiyini açıqlayıb. 

Bildirilir ki, lif sağlam qidalanmanın xərçəngin qarşısının alınmasında əsas amillərdən biridir. Bunun səbəblərini aydınlaşdırmaq üçün daha çox araşdırma aparılmasına ehtiyac var. 

Türkan İsgəndərli

XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər