Azərbaycanda talassemiya xəstələrinin sayı açıqlandı
Azərbaycanda 5312 nəfər talassemiya xəstəsi qeydiyyatdadır.
TodayPress TV xəbər verir ki, bu barədə “Trend” məlumat yayıb.
Bildirilir ki, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin məlumatlarına əsasən 2025-ci ilin əvvəlinə ölkənin tibb müəssisələrində talassemiya diaqnozu ilə 5312 nəfər qeydiyyatda olub.
Əlavə olaraq qeyd edirik ki, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin məlumatlarına əsasən 2024-cü ildə talassemiya xəstəliyindən ölənlərin sayı 1(bir) nəfər olub.