Avokadonu geridə qoyan 6 qida: Ən lifli məhsullar
İnsanların əksəriyyəti gündəlik qida rasionunda orqanizm üçün vacib olan lifdən kifayət qədər qəbul etmir.
TodayPress TV “Prevention”a istinadən xəbər verir ki, lif həzm sisteminin normal fəaliyyətində mühüm rol oynayır, qan şəkərinin və xolesterinin səviyyəsini nəzarətdə saxlamağa, həmçinin uzun müddət toxluq hissi yaratmağa kömək edir. Araşdırmalar kifayət qədər lif qəbulunun ürək-damar xəstəlikləri və yoğun bağırsaq xərçəngi riskinin azalması ilə əlaqəli olduğunu göstərir.
Avokado liflə zəngin məhsullardan biridir. Bir ədəd avokadoda 10 qrama qədər lif ola bilər. Lakin dietoloqlar ondan daha çox lif ehtiva edən bir sıra qidaları da tövsiyə edirlər.
Bunlar arasında mərcimək, lobya, noxud, çia toxumu, moruq və yaşıl noxud var. Bir stəkan bişmiş mərciməkdə 15 qramdan çox, lobya və noxudda isə müvafiq olaraq təxminən 13 və 12 qram lif olur. Bir stəkan moruq və yaşıl noxudda isə 8 qramdan bir qədər çox lif var.
Mütəxəssislərin fikrincə, gündəlik lif qəbulu təxminən 25-30 qram olmalıdır. Lakin lifin miqdarını qidalanmada tədricən artırmaq lazımdır. Əks halda köp və qarında şişkinlik yarana bilər. Bu səbəbdən liflə zəngin qidalar qəbul edilərkən kifayət qədər su içmək də tövsiyə olunur.
Kübra Musayeva