Alma şirəsi dişlər üçün təhlükəli deyil

Alma şirəsi dişlər üçün təhlükəli deyil
04.09.2025 19:45 Sağlamlıq

Portsmut Universitetinin araşdırması göstərib ki, alma şirəsi diş emalını düşündüyümüz qədər zədələmir.

TodayPress TV xəbər verir ki, “PLOS One” jurnalında dərc edilən nəticələrə görə, tüpürcək ağız boşluğunu effektiv şəkildə qoruyur.

32 nəfərlə aparılan sınaqda alma şirəsi qoruyucu təbəqəni müvəqqəti zəiflətsə də, cəmi 10 dəqiqəyə tüpürcəyin funksiyası tam bərpa olunub. Maraqlıdır ki, su da qısa müddətlik daha böyük zədələnməyə səbəb olub.

Alimlər bildiriblər ki, bir stəkan alma şirəsi təhlükə yaratmır, lakin tez-tez içilməsi dişlərə zərər verə bilər. Ona görə də şirin və turş içkilərdən sonra ağızı su ilə yaxalamaq tövsiyə olunur.

Qiymət Mahir

TodayPress TV

XƏBƏR LENTİ
16 IYUL 2026
Bütün Xəbərlər