Ağız sağlamlığı ürəyə də təsir edir
Diş həkimləri yalnız ağız üçün deyil, ürək-damar sağlamlığına görə də diş ipinin istifadəsini vacib sayırlar.
TodayPress TV xəbər verir ki, ağızda toplanan bakteriyalar, diş əti iltihabına və bu da zamanla qan dövranı yolu ilə ürəyə mənfi təsir göstərə bilən iltihab proseslərinə səbəb ola bilər.
Araşdırmalar göstərir ki, gündəlik olaraq diş ipi istifadə edən insanların infarkt və insult riski daha aşağıdır. Ağız sağlamlığı ümumi sağlamlığın güzgüsüdür.
Mütəxəssislər tövsiyə edir ki, risklərin qarşısını almaq üçün hər axşam dişləri fırçalamaq lazımdır.
Türkan İsgəndərli