ABŞ-də “buynuzlu dovşan” virusu

ABŞ-də “buynuzlu dovşan” virusu
14.08.2025 18:45 Sağlamlıq

ABŞ-nin Kolorado ştatında bəzi vəhşi dovşanlar başlarında “buynuz”a bənzər çıxıntılarla görüntülənib. 

TodayPress TV xəbər verir ki, bu barədə Kolorado Parklar və Yaban Həyatı Departamenti məlumat yayıb. 

Bildirilib ki, infeksiya adətən dovşanın baş nahiyəsində qara düyünlər şəklində yaranır, zamanla uzanaraq buynuz görünüşü ala bilir.  

Hadisə şahidlərindən biri gördüyü dovşanı “ağzının ətrafında qara çubuqlar çıxmış kimi idi” sözləri ilə təsvir edib. Onun sözlərinə görə, həmin dovşan növbəti il yenidən göründükdə çıxıntılar daha da böyüyüb. 

Virus yalnız dovşanlara yoluxur, lakin açıq havada yaşayan ev dovşanları da təsirlənə bilər.  

Aysel Mətləb 

XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər