13 yaşından əvvəl telefondan istifadə psixoloji risk yaradır

13 yaşından əvvəl telefondan istifadə psixoloji risk yaradır
26.08.2025 10:43 Sağlamlıq

13 yaşından əvvəl ağıllı telefon sahibi olmaq, erkən yetkinlik dövründə ciddi psixoloji sağlamlıq problemləri ilə yarada bilər. 

TodayPress TV xəbər verir ki, bu barədə dünya üzrə 100 mindən çox gəncin qatıldığı bir araşdırma aparılıb. 

Nəticələrə görə, bu yaşda telefona sahib olanlar 18–24 yaş aralığında intihar düşüncələri, aqressiya, reallıqdan uzaqlaşma, emosional nəzarətin itirilməsi və özünə dəyərin aşağı olması kimi problemlərlə üzləşirlər. 

Araşdırma, bu mənfi nəticələrin xüsusilə erkən yaşda sosial şəbəkələrdən istifadə, kibertəzyiqə məruz qalma, yuxu rejiminin pozulması və ailə münasibətlərinin zəifləməsi ilə bağlı olduğuna diqqət çəkib. 

13 yaşında telefon sahibi olanların psixi sağlamlıq balı orta hesabla 30 ikən, 5 yaşında telefon sahibi olanlarda bu göstərici cəmi 1 olub. 

Alimlər bildirib ki, alkoqol və tütünlə bağlı qadağalara bənzər şəkildə, 13 yaşdan kiçik uşaqların ağıllı telefona çıxışının məhdudlaşdırılması vacibdir. İnkişaf etməkdə olan beyinlər onlayn mühitdən daha dərin şəkildə təsirlənir.  

Araşdırmada bəzi ölkələrin uşaqların telefon istifadəsini məhdudlaşdırdığı da xatırladılıb. Fransa, Hollandiya, İtaliya, Yeni Zelandiya, ABŞ-də Nyu-York, Alabama və Oklahoma kimi ştatlarda məktəblərdə telefon istifadəsinə qadağalar tətbiq edilib.  

Aysel Mətləb 

XƏBƏR LENTİ
31 MAY 2026
ABŞ-İran danışıqları uzanır: Tramp səbəbi açıqladı 09:23 PSJ-nin qələbəsindən sonra baş verən iğtişaşlarda azı 12 nəfər yaralandı 09:46 Tramp İranla bağlı planını açıqladı: "Razılıq əldə olunmasa..." 09:42 ABŞ-yə məxsus PUA vuruldu - SEPAH 09:18 Ukrayna Rusiyanın neft infrastrukturunu vurdu - VİDEO 09:30 ABŞ bunu qəti şəkildə qəbul etmir - Trampdan açıqlama 09:15 Londonda polis muzeyə gələn ziyarətçiləri təxliyə etdi - SƏBƏB 09:11 Qara dənizdə qorxulu mənzərə: Sahil qəhvəyi rəngə boyandı 00:24 Müharibədə robotların rolu artır - ilk sınaqlar keçirildi 01:04 Təlim keçmiş it vitse-admirala hücum etdi 00:41 Livanın Baş naziri atəşkəsə çağırdı: "Yandırılmış torpaq siyasəti İsrailə təhlükəsizlik gətirməyəcək" 00:03 “Simmetrik cavab veriləcək” - Medvedev xəbərdarlıq etdi 00:59 Azərbaycanın bədii gimnastları Avropa çempionatında iştirak etdilər 00:45 Finalın ən yaxşı oyunçusunun adı AÇIQLANDI 00:26 Kiyevdə gün ərzində ikinci dəfə hava həyəcanı siqnalı 00:33 Rostovda PUA hücumu: Neft bazasında yanğın baş verdi - VİDEO 00:55 Gözlənilməz qərar: UEFA "Turan Tovuz"u Konfrans Liqasından kənarlaşdırdı 00:50 Gəncə - Sankt-Peterburq uçuşları bərpa edildi 00:36 PSJ-nin Parisdəki azarkeşləri qələbəni bu cür "qeyd edirlər" - VİDEO 00:17 Nigeriyada vəba sürətlə yayılır: 3 mindən çox yoluxma var 23:46 Masazırın bir hissəsində işıq olmayacaq 23:15 Azərbaycan millisi atletika üzrə Avropa çempionatında uğurlu çıxış etdi 23:10 ABŞ və İran arasındakı gizli memorandumun DETALLARI məlum oldu 22:59 PSJ ikinci dəfə Çempionlar Liqasının qalibi oldu 20:07 Cozef Qomes “Liverpul”dan ayrılmayacaq 22:44 Bütün Xəbərlər