“MƏNİ RÜSVAY EDİRLƏR...” - Yermak istefasından sonra nə deyib?
Video
01.12.2025 18:19
Ukrayna Prezident Administrasiyasının (PA) istefaya göndərilmiş rəhbəri Andrey Yermak qalmaqaldan sonra ilk dəfə Qərb jurnalistləri ilə əlaqə saxlayıb.
TodayPress TV xəbər verir ki, bu barədə “Nyu York Post” (NYP) məlumat yayıb.
Yermak özünü dürüst və vicdanlı insan adlandıraraq istənilən repressiyaya hazır olduğunu bildirib:
“Məni alçaldıblar və ləyaqətim qorunmayıb. Buna görə də mən Zelenskiyə problem yaratmaq istəmirəm, cəbhəyə gedirəm”.
Qeyd edək ki, ölkədə korrupsiya qalmaqalı fonunda Zelenski Yermakın Ukrayna Prezident Administrasiyasının rəhbəri vəzifəsindən istefa ərizəsini qəbul edib.
