Zahid Oruc: "Müasir silahlardan öncə hüquqla silahlanmışdıq"

Zahid Oruc: "Müasir silahlardan öncə hüquqla silahlanmışdıq"
05.11.2025 10:46

“Hamı inanırdı ki, bir gün bu hüquqlar tam reallaşacaq”.

TodayPress TV xəbər verir ki, bunu Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri, millət vəkili Zahid Oruc “2025 – Azərbaycan Respublikasında Konstitusiya və Suverenlik İli” çərçivəsində keçirilən “XXI əsrdə dövlət suverenliyi və milli konstitusiyalar: Qlobal çağırışlar, tendensiya və perspektivlər” adlı elmi-praktik konfransda deyib.

Deputat qeyd edib ki, 30 il boyunca ölkəmizin hüquqi sistemində ikili hal hökm sürüb:

"İndi Konstitusiyamızda yazılan “Azərbaycan vahid və bölünməz dövlətdir” müddəası artıq sənəddə deyil, torpaqda qanla möhürlənib. Zəfər qanununu şəhidlərimiz təsdiqlədi. Biz müasir silahlardan öncə hüquqla silahlanmışdıq. Ordumuz güclü idi, amma qalib gələn təkcə güc deyil, haqq idi”.

Zahid Oruc bildirib ki, bu gün Konstitusiyamız da Şuşa kimi azaddır:

“Qarabağ tarixdə ilk dəfə dağıdıcılıq yox, quruculuq və bütövlük məkanına çevrilib. Bakı artıq ərazi itkilərinin günahkarlarını deyil, işğalçı qüvvələri mühakimə edən paytaxtdır. Azərbaycanın taleyi yad paytaxtlarda deyil, öz torpaqlarında müəyyən olunur. “Erməni məsələsi” tariximizdə ilk dəfə dinc və könüllü şəkildə ölkə ərazisindən çıxıb, milli dövlətçiliyimiz üçün mina rolunu itirib”.

Millət vəkili vurğulayıb ki, 2020-ci ilin Vətən müharibəsi təkcə torpaqların azadlığı deyil, milli azadlıq hadisəsidir:

“Bu savaş Azərbaycanın qurtuluş müharibəsidir. Çünki o, xarici himayəli işğala son qoydu. Müstəqillik təkcə sovetlərdən ayrılmaq deyil, həm də beynəlxalq güclərin 30 ildə ölkəmiz üzərində qurduğu təsir sistemindən xilas olmaqdır. Odur ki, 8 noyabr Şuşa və 20 sentyabr Xankəndi Zəfərləri bizim milli azadlıq günlərimizdir”.

Zahid Oruc əlavə edib ki, bu Qələbə təkcə regionun siyasi xəritəsini deyil, Ermənistanın Konstitusiyasını da dəyişdirir:

“Azərbaycanın Zəfəri 1990-cı illərdə işğalı qanuniləşdirən Ermənistan Konstitusiyasını da məğlub etdi. Bizim Konstitusiyamız döyüşür – düşmən ölkədə nifaq və müharibə ideologiyasını əvəzləyən yeni qonşuluq və sülh fəlsəfəsini diktə edir”.

Parlamentari dünyanın yeni təhlükələrlə üz-üzə olduğunu və bu təhlükələrin artıq rəqəmsal məkandan gəldiyini vurğulayıb:

“Prezident İlham Əliyev suverenliyin yeni mərhələsini elan edib. Müasir dövrdə təhlükə tanklardan yox, rəqəmsal şəbəkələrdən gəlir. Süni intellekt, “hi-tech” korporasiyalar və informasiya manipulyasiyası milli suverenliyə qarşı yeni silahdır. Sosial Tədqiqatlar Mərkəzi uzun müddətdir bu cəhdləri ifşa edir – London səfirliyimizə hücum edən dini radikallar, “OCCRP”, USAID, NED, NDİ kimi qurumlar ölkəmizi yenidən 27 sentyabra qaytarmaq istəyirlər. Biz onları “işğal partiyası” adlandırırıq”.

Sədr dövlət başçısının son çağırışını da diqqətə çatdırıb:

“Prezident İlham Əliyev xalqımıza dildə suverenlik çağırışı edib. Azərbaycan indi elə bir mərhələdədir ki, sərhədlərini aşan dil, mədəniyyət və düşüncə gücü ilə yeni ideoloji yüksəlişə qədəm qoyur. Qələbəmizin coğrafiyası genişlənir”.

Sonda Zahid Oruc qeyd edib ki, Zəfər Azərbaycanın yeni milli ideologiyasıdır:

“Biz Qurtuluşdan Böyük Qayıdışa, müdafiədən quruculuq mərhələsinə keçirik. Sülhün inşası və qalıcı barış suverenliyimizi daha da möhkəmləndirəcək. Qarabağın reinteqrasiyası, idarəetmənin modernləşdirilməsi və milli həmrəyliyin güclənməsi “vahid Azərbaycan” ideyasını daha da möhkəmləndirəcək. Gəlin, hüququ yalnız döyüşdə deyil, gündəlik ədalətdə də yaşadaq. Konstitusiyaları müharibə deyil, barış kitabına çevirək. Prezidentin azad torpaqlarda təqdim etdiyi hər evin açarı daimi qayıdışın simvoludur. Qarabağda ucalan hər məktəb, hər mədəniyyət mərkəzi milli suverenliyin rəmzidir. Buradan dünyaya yayılan mesaj aydındır: Azərbaycan gələcəyini özü qurur”. 

Qiymət Mahir

TodayPress TV

XƏBƏR LENTİ
31 MAY 2026
"Makedon" vəfat etdi 15:00 Tramp Omanı hədələdi 13:40 Azərbaycanlı fotoqraf beynəlxalq sərgi ilə Romada çıxış edir 14:29 Azərbaycan millisi Qazaxıstanla qarşılaşacaq 12:43 Bərədə AĞIR QƏZA: 10 nəfər yaralandı 13:28 Türkiyədə zəncirvari qəzada dörd nəfər öldü 12:13 Sürücülərə XƏBƏRDARLIQ 13:19 Paşinyan "Tramp marşrutu" və yeni dəmir yolu planlarını açıqladı 12:30 Azərbaycanın bəzi rayonlarında şimşək çaxacaq, dolu düşəcək - PROQNOZ 12:45 İran bir "Yasin"ə Azərbaycanı Ermənistana satdı 12:26 İsraildən Livan açıqlaması: Bofort qalası ələ keçirildi 12:07 Xameneinin dəfn mərasiminə hazırlıq başladı 12:20 Azərbaycan millisi Avropa Kubokuna qızıl medalla başladı 12:01 ABŞ-dən narkotacirlərin gəmisinə zərbə: Ölənlər var - VİDEO 11:46 Tramp şərtləri sərtləşdirir: ABŞ-İran müqaviləsi sual altındadır 11:39 FAKTİKİ HAVA: Şahdağda qar yağıb, Kəlbəcərə dolu düşüb 11:42 AZAL bu istiqamətdə uçuşlarını bərpa etdi 09:34 Türkiyədə sərnişin avtobusu yanıb, ölənlər var 09:37 ABŞ-İran danışıqları uzanır: Tramp səbəbi açıqladı 09:23 PSJ-nin qələbəsindən sonra baş verən iğtişaşlarda azı 12 nəfər yaralandı 09:46 Tramp İranla bağlı planını açıqladı: "Razılıq əldə olunmasa..." 09:42 ABŞ-yə məxsus PUA vuruldu - SEPAH 09:18 Ukrayna Rusiyanın neft infrastrukturunu vurdu - VİDEO 09:30 ABŞ bunu qəti şəkildə qəbul etmir - Trampdan açıqlama 09:15 Londonda polis muzeyə gələn ziyarətçiləri təxliyə etdi - SƏBƏB 09:11 Bütün Xəbərlər