WUF13-də Xəzər regionunda iqlimədavamlı şəhərlərə və icmalara dair yüksəksəviyyəli dialoq təşkil edilib

WUF13-də Xəzər regionunda iqlimədavamlı şəhərlərə və icmalara dair yüksəksəviyyəli dialoq təşkil edilib
19.05.2026 23:43

Birləşmiş Millətlər Təşkilatının Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində "Xəzər regionunda iqlimədavamlı şəhərlər və icmalar: Şəhər uyğunlaşması üçün şaquli iqlim maliyyələşdirilməsi" mövzusunda yüksəksəviyyəli dialoq keçirilib.

TodayPress TV xəbər verir ki, tədbir yüksəkvəzifəli dövlət nümayəndələrini, BMT təmsilçilərini, beynəlxalq maliyyə institutlarını və inkişaf tərəfdaşlarını bir araya gətirib.

Tədbirdə iqlim maliyyəsinin, tərəfdaşlıqların və innovasiyaların miqyaslanabilən və insan mərkəzli şəhər uyğunlaşmasını necə dəstəkləyə biləcəyi müzakirə edilib.

Tədbirin açılış mərasimində çıxış edən ekologiya və təbii sərvətlər nazirinin birinci müavini Ağakərim Səmədzadə iqlim dəyişikliklərinin təsirlərinin hər il daha da kritik xarakter aldığını, artan temperaturun və su ehtiyatlarının azalmasının yeni çağırışlar yaratdığını diqqətə çatdırıb.

Qeyd olunub ki, Xəzər dənizində suyun səviyyəsinin enməsi artıq ciddi problemə çevrilib. Bunun balıqçılıq sahəsindən tutmuş sahilyanı ərazilərdə yaşayan əhalinin həyatına, turizm iqtisadiyyatına və ümumi ekosistemə qədər milyonlarla insanın yaşamına təsir göstərdiyi vurğulanıb.

Diqqətə çatdırılıb ki, Azərbaycan üçün Xəzər dənizi mühüm irs və həssas təbii sistemdir. Bu baxımdan ölkə həm milli, həm də regional səviyyədə mühüm təşəbbüslər irəli sürür.

Tədbir BMT-nin Ətraf Mühit Proqramının Avropa Ofisinin regional koordinatoru Mahir Əliyevin moderatorluğu ilə müzakirələrlə davam edib. Müzakirələrdə BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) icraçı direktoru Anaklaudia Rossbax, BMT-nin Ətraf Mühit Proqramının (UNEP) baş katibinin köməkçisi və icraçı direktorunun müavini Elizabet Maruma Mrema, ekologiya və təbii sərvətlər nazirinin müavini Rauf Hacıyev, Beynəlxalq Miqrasiya Təşkilatının İqlim Fəaliyyəti Bölməsinin direktoru Rania Sharshr və başqaları iştirak ediblər.

TodayPress TV

FOTOLAR

WUF13-də Xəzər regionunda iqlimədavamlı şəhərlərə və icmalara dair yüksəksəviyyəli dialoq təşkil edilib — 1
WUF13-də Xəzər regionunda iqlimədavamlı şəhərlərə və icmalara dair yüksəksəviyyəli dialoq təşkil edilib — 2
WUF13-də Xəzər regionunda iqlimədavamlı şəhərlərə və icmalara dair yüksəksəviyyəli dialoq təşkil edilib — 3
WUF13-də Xəzər regionunda iqlimədavamlı şəhərlərə və icmalara dair yüksəksəviyyəli dialoq təşkil edilib — 4
XƏBƏR LENTİ
31 MAY 2026
Neft bahalaşır: Avropa İttifaqı Rusiya ilə bağlı qərarı yenidən nəzərdən keçirir 16:53 İranla danışıqlarda yeni mərhələ: Tramp şərtləri ağırlaşdırır 19:12 Bu ölkə 180 min hərbçilik ehtiyat qoşun yaratmaq istəyir 16:48 Nizaminin Gürcüstandakı abidəsi təhqir olundu - [[VİDEO ]] 18:42 İran ABŞ-yə şərt qoydu: Etibar yaradan addımlar atılmalıdır 16:44 İsrail Livandakı strateji mövqelərini tərk etməyəcək - Kats açıqladı 16:40 Sabahın havası meteohəssas insanlar üçün necə olacaq? 16:19 Livanda ölənlərin sayı açıqlandı 16:08 Bu ailələrə hər ay 500-650 manat ödənilir 15:39 AZAL heyəti Milli Qəhrəman Hökumə Əliyevanın məzarını ziyarət etdi 15:18 Müdafiə Nazirliyinin həftəlik icmalı yayımlandı 15:04 SANA: İsrailin hərbi maşınları Suriyaya daxil olub 16:24 Bu istiqamətdə hərəkət edən marşrutun avtobusları dəyişdirilir 14:06 Fransada iğtişaşlar zamanı saxlanılanların sayı 780 nəfərə çatdı - YENİLƏNİB 09:46 Sutka ərzində Hörmüz boğazından 28 gəmi keçib - SEPAH 14:54 Bakıda ilk dəfə ABŞ–Azərbaycan İqtisadi Dialoqu keçiriləcək - YENİLNİB 14:23 Xameneinin iqamətgahı belə vurulub - Müharibənin GİZLİ GÖRÜNTÜLƏRİ 15:46 Leyla Əliyevadan fermer qadına incə davranış - VİDEO 14:19 "Makedon" vəfat etdi 15:00 Tramp Omanı hədələdi 13:40 Azərbaycanlı fotoqraf beynəlxalq sərgi ilə Romada çıxış edir 14:29 Azərbaycan millisi Qazaxıstanla qarşılaşacaq 12:43 Bərədə AĞIR QƏZA: 10 nəfər yaralandı 13:28 Türkiyədə zəncirvari qəzada dörd nəfər öldü 12:13 Sürücülərə XƏBƏRDARLIQ 13:19 Bütün Xəbərlər