Qərbi Azərbaycan İcması ilə bağlı bu iddia əsassızdır - Sədr

Qərbi Azərbaycan İcması ilə bağlı bu iddia əsassızdır - Sədr
05.09.2025 14:41

Ermənistan və Azərbaycan arasında sülh prosesinin irəliləməsi fonunda Qərbi Azərbaycan İcmasının adının dəyişdiriləcəyi ilə bağlı iddialar gündəmə gəlib.

TodayPress TV "Metbuat.az"a istinadən xəbər verir ki, Qərbi Azərbaycan İcmasının sədri, deputat Əziz Ələkbərli bu məsələyə aydınlıq gətirib.

O bildirib ki, Qərbi Azərbaycan İcması sıradan bir təşkilat deyil, son 200 ildə ata-baba yurdlarından, doğma ocaqlarından qovulmuş, deportasiya, soyqırımı və etnik təmizləmələrə məruz qalmış insanların, onların varislərinin könüllü ictimai birliyidir, tarixi ədalətin bərpası üçün çalışan bir təşkilatdır:

“Bizim bütün fəaliyyətimiz beynəlxalq hüquqa və tarixi ədalətə söykənir. İcma heç vaxt Ermənistanın suverenliyinə, ərazi bütövlüyünə qarşı çıxmayıb. Əksinə, biz doğma yurdlarımıza qayıdıb, bu ölkənin tamhüquqlu vətəndaşları kimi həyatımıza davam etmək istəyirik”.

Ə.Ələkbərli icmanın adının dəyişdiriləcəyi ilə bağlı müzakirələrin mövcudluğu fikri ilə qətiyyən razı olmadığını deyib:

“Belə bir müzakirə yoxdur və ola da bilməz. Qərbi Azərbaycan ərazisi bizim tarixi torpaqlarımızdır, tarix boyu həmin ərazilərdə bizim soydaşlarımız yaşayıblar. Tarixdən az-çox məlumatı olan hər kəs bunu təsdiq edə bilər. O torpaqların tarixi orada ilk erməni dövlətinin mövcud olduğu son 107 illə məhdudlaşmır, bu ərazilərin beş min illik türk tarixi var. 1987-1991-ci illərdəki sonuncu deportasiya isə Qarabağ münaqişəsinin tərkib hissəsi kimi baş verib və bu münaqişənin sona çatması ilə bağlı onun nəticələri də aradan qaldırılmaqdadır. O cümlədən, bütün qaçqın və məcburi köçkünlərin öz doğma evlərinə qayıtmaq hüququ tanınmalıdır. Bu, milliyyətindən asılı olmayaraq, müharibə nəticəsində zərər çəkmiş bütün insanların maraqlarına uyğundur, beynəlxalq konvensiyalarda təsbit olunmuş insan hüquqlarının, qayıdış hüququnun təmin edilməsinə yönəlmiş məsələdir”.

Deputat qeyd edib ki, Qərbi Azərbaycan İcması olaraq, Azərbaycan və Ermənistan arasındakı hazırkı normallaşma prosesini alqışlayır və bu istiqamətdə hər iki ölkənin rəhbərlərinin səylərini dəstəkləyirlər.

TodayPress TV

XƏBƏR LENTİ
31 MAY 2026
Müdafiə Nazirliyinin həftəlik icmalı yayımlandı 15:04 SANA: İsrailin hərbi maşınları Suriyaya daxil olub 16:24 Bu istiqamətdə hərəkət edən marşrutun avtobusları dəyişdirilir 14:06 Fransada iğtişaşlar zamanı saxlanılanların sayı 780 nəfərə çatdı - YENİLƏNİB 09:46 Sutka ərzində Hörmüz boğazından 28 gəmi keçib - SEPAH 14:54 Bakıda ilk dəfə ABŞ–Azərbaycan İqtisadi Dialoqu keçiriləcək - YENİLNİB 14:23 Xameneinin iqamətgahı belə vurulub - Müharibənin GİZLİ GÖRÜNTÜLƏRİ 15:46 Leyla Əliyevadan fermer qadına incə davranış - VİDEO 14:19 "Makedon" vəfat etdi 15:00 Tramp Omanı hədələdi 13:40 Azərbaycanlı fotoqraf beynəlxalq sərgi ilə Romada çıxış edir 14:29 Azərbaycan millisi Qazaxıstanla qarşılaşacaq 12:43 Bərədə AĞIR QƏZA: 10 nəfər yaralandı 13:28 Türkiyədə zəncirvari qəzada dörd nəfər öldü 12:13 Sürücülərə XƏBƏRDARLIQ 13:19 Paşinyan "Tramp marşrutu" və yeni dəmir yolu planlarını açıqladı 12:30 Azərbaycanın bəzi rayonlarında şimşək çaxacaq, dolu düşəcək - PROQNOZ 12:45 İran bir "Yasin"ə Azərbaycanı Ermənistana satdı 12:26 İsraildən Livan açıqlaması: Bofort qalası ələ keçirildi 12:07 Xameneinin dəfn mərasiminə hazırlıq başladı 12:20 Azərbaycan millisi Avropa Kubokuna qızıl medalla başladı 12:01 ABŞ-dən narkotacirlərin gəmisinə zərbə: Ölənlər var - VİDEO 11:46 Tramp şərtləri sərtləşdirir: ABŞ-İran müqaviləsi sual altındadır 11:39 FAKTİKİ HAVA: Şahdağda qar yağıb, Kəlbəcərə dolu düşüb 11:42 AZAL bu istiqamətdə uçuşlarını bərpa etdi 09:34 Bütün Xəbərlər