Livan və Suriyada mənzil böhranı dərinləşir

Livan və Suriyada mənzil böhranı dərinləşir
21.05.2026 12:29

“Livan və Suriyada münaqişələrin təsiri mənzil və yaşayış xərclərini daha da ağırlaşdırıb”.

TodayPress TV xəbər verir ki, bunu WUF13 çərçivəsində keçirilən “Yaxın Şərq böhranı və onun qlobal mənzil və şəhərsalma sahəsinə təsirləri” adlı tədbirdə BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) təmsilçisi Filip Dekorte deyib.

O bildirib ki, Livanda hazırda genişmiqyaslı məcburi köçkünlük davam edir və köçkünlərin böyük hissəsi kollektiv mərkəzlərdə deyil, özəl kirayə bazarında yerləşdirilir.

“İnsanların təxminən 50 faizi özəl bazarda kirayədə yaşayır. Bu ailələr uzun müddət köçkün qalacaqlarını gözləmirdilər və artıq planlaşdırdıqlarından daha uzun müddət kirayə ödəmək məcburiyyətində qalıblar. Enerji qiymətlərinin artması kirayə haqlarını daha da yüksəldib. Livandakı münaqişə və Beyrut partlayışından sonra elektrik sisteminin çökməsi insanları generatorlardan istifadəyə məcbur edib və yanacaq qiymətlərinin artımı vəziyyəti daha da ağırlaşdırıb”.

“UN-Habitat” təmsilçisi bildirib ki, əvvəllər Livan hökuməti evlərinə qayıdan ailələrə yenidənqurma üçün maliyyə yardımı edirdi. Lakin beynəlxalq maliyyə böhranı səbəbindən artıq bu dəstəyin təmin olunması çətinləşib.

“Tikinti xərcləri artır, amma mövcud maliyyə azalır. Bu isə böhranın təsirlərini daha da ağırlaşdırır”, – deyə Filip Dekorte qeyd edib.

O, həmçinin Suriyada hökumətin insanları düşərgələrdən çıxarıb evlərinə qaytarmaq üçün yeni yanaşmalar üzərində işlədiyini bildirib.

Filip Dekortenin sözlərinə görə, Dəməşq ətrafındakı bəzi yaşayış məhəllələri tamamilə dağıdılıb və hazırda əsas diqqət mənzil və mülkiyyət məsələlərinin həllinə, zərərin qiymətləndirilməsinə və ailələrin yenidənqurma prosesinə dəstək göstərilməsinə yönəlib.

O əlavə edib ki, ailələrin evlərini bərpa etməsi üçün mikro maliyyə mexanizmlərindən daha geniş istifadə imkanları nəzərdən keçirilir.

Qiymət Mahir

TodayPress TV

XƏBƏR LENTİ
31 MAY 2026
Qəzzada ölənlərin sayı AÇIQLANDI 18:15 Əlcəzair Prezidenti Azərbaycanla imzalanmış memorandumu təsdiq etdi 20:57 HƏMAS-ın silah anbarları məhv edildi 18:13 Zirə 5 futbolçu ilə yollarını ayırdı 17:43 Türkiyə PUA-larla bağlı yeni sistem tətbiq edir 18:00 "Ermənilər xəritəyə baxsınlar, vəziyyət çətin olacaq" - Overçuk hədələdi 18:11 Neft bahalaşır: Avropa İttifaqı Rusiya ilə bağlı qərarı yenidən nəzərdən keçirir 16:53 İranla danışıqlarda yeni mərhələ: Tramp şərtləri ağırlaşdırır 19:12 Bu ölkə 180 min hərbçilik ehtiyat qoşun yaratmaq istəyir 16:48 Nizaminin Gürcüstandakı abidəsi təhqir olundu - [[VİDEO ]] 18:42 İran ABŞ-yə şərt qoydu: Etibar yaradan addımlar atılmalıdır 16:44 İsrail Livandakı strateji mövqelərini tərk etməyəcək - Kats açıqladı 16:40 Sabahın havası meteohəssas insanlar üçün necə olacaq? 16:19 Livanda ölənlərin sayı açıqlandı 16:08 Bu ailələrə hər ay 500-650 manat ödənilir 15:39 AZAL heyəti Milli Qəhrəman Hökumə Əliyevanın məzarını ziyarət etdi 15:18 Müdafiə Nazirliyinin həftəlik icmalı yayımlandı 15:04 SANA: İsrailin hərbi maşınları Suriyaya daxil olub 16:24 Bu istiqamətdə hərəkət edən marşrutun avtobusları dəyişdirilir 14:06 Fransada iğtişaşlar zamanı saxlanılanların sayı 780 nəfərə çatdı - YENİLƏNİB 09:46 Sutka ərzində Hörmüz boğazından 28 gəmi keçib - SEPAH 14:54 Bakıda ilk dəfə ABŞ–Azərbaycan İqtisadi Dialoqu keçiriləcək - YENİLNİB 14:23 Xameneinin iqamətgahı belə vurulub - Müharibənin GİZLİ GÖRÜNTÜLƏRİ 15:46 Leyla Əliyevadan fermer qadına incə davranış - VİDEO 14:19 "Makedon" vəfat etdi 15:00 Bütün Xəbərlər