BMT-nin yeni hesabatına əsasən, qlobal mənzil böhranı dünya əhalisinin demək olar ki, yarısına təsir göstərə bilər

BMT-nin yeni hesabatına əsasən, qlobal mənzil böhranı dünya əhalisinin demək olar ki, yarısına təsir göstərə bilər
19.05.2026 16:23

BMT-nin yeni hesabatına əsasən, dünya əhalisinin təxminən 40 faizi, yəni 3 milyard insan qeyri-münasib qiymətlər, mənzil çatışmazlığı, aşağı keyfiyyətli yaşayış şəraiti, eləcə də su və sanitariya kimi əsas kommunal şəhər xidmətlərinə çıxışın məhdudluğu ilə nəticələnən münasib mənzil böhranı ilə üzləşir.

TodayPress TV xəbər verir ki, hesabatda qeyd olunur ki, 2050-ci ilə kimi şəhərlərin əlavə 2 milyard sakini qəbul edəcəyi gözlənilir.

Bu isə artıq sürətli urbanizasiya, torpaq qiymətlərinin artması, dərinləşən sosial bərabərsizlik və iqlim dəyişmələrinin təsiri səbəbindən artan çağırışlarıa üzləşən mənzil sistemləri üçün əlavə yük yaradacaq. 

Bununla yanaşı, 2040-cı ilə kimi iqlimlə bağlı təhlükələrin 167 milyon yaşayış evini yararsız hala gətirəcəyi proqnozlaşdırılır. Qeyd olunur ki, 2023-cü ildə təbii fəlakətlər 280 milyard ABŞ dolları həcmində zərərlə nəticələnib və bu itkilərin böyük qismi sığortasız olub. 

2024-cü ilin sonuna olan statistik məlumata əsasən, məcburi köçkünlərin sayı 123,2 milyona çatıb ki, bu da əvvəlki onillik ilə müqayisədə iki dəfə çoxdur. 

Son 20 il ərzində əlavə olaraq 64 milyon insan qeyri-rəsmi yaşayış məntəqələrindən köçkün düşüb. Məcburi köçkünlərin böyük hissəsi isə şəhərlərə - qaçqın və ya məcburi köçkün düşərgələrinə üz tutur və çox vaxt əlavə köçkünlük riski ilə üzləşdikləri təhlükəli və ya aşağı standartlı yaşayış şəraitində məskunlaşmalı olur. İnkişaf etməkdə olan ölkələrdə qeyri-rəsmi yaşayış sahələri mülki yaşayış tikintisinin təxminən 80 faizini təşkil edir. 

Aparılan araşdırmalara görə, münasib və əlçatan mənzillərin çatışmazlığı cəmi on ildən bir qədər artıq müddətdə 30 faiz artaraq 268 milyon vahidi keçib, 1,1 milyard insan isə hələ də qeyri-rəsmi yaşayış məntəqələrində yaşayır.

Bir çox regionlarda mənzil qiymətləri gəlirlərlə müqayisədə daha sürətlə artıb, belə ki, qlobal səviyyədə qiymət-gəlir nisbəti 2010-cu ilin 9,3 göstəricisindən 2023-cü ildə 11,2-yə yüksəlib, Mərkəzi və Cənubi Asiyada isə bu göstərici 16,8-ə çatıb. 2023-cü ildə dünya üzrə mənzil krediti üçün müraciət edən şəxslərin yalnız 25,5 faizi uğurla kredit əldə edə bilib. Mənzil ipoteka bazarlarının hələ ilkin inkişaf mərhələsində olduğu Sub-Sahara Afrikasının bəzi bölgələrində isə bu göstərici cəmi 1% təşkil edib. 

Dünya üzrə ailələrin 44 faizi gəlirlərinin 30 faizindən çoxunu mənzil xərclərinə sərf edir. Kirayə mənzillərin əlçatmazlığı ən çox Sub-Sahara Afrikasında müşahidə olunur. Burada kirayədə yaşayan insanların 55 faizi ağır maliyyə yükü altındadır. Milli, regional və yerli idarəetmə səviyyələrində daxili maliyyə mexanizmləri bu əlçatanlıq boşluqlarını aradan qaldırmaq üçün həm tələb, həm də təklif yönümlü subsidiya mexanizmlərini daha səmərəli şəkildə hədəfə almalıdır. 

Birləşmiş Millətlər Təşkilatının dayanıqlı mənzil təminatı və şəhərsalma üzrə agentliyi – BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat) tərəfindən bu gün açıqlanan “Dünya şəhərlərinin vəziyyətinə dair 2026-cı il hesabatı (“World Cities Report 2026): Qlobal mənzil böhranı – fəaliyyətə aparan yollar” adlı sənəddə qlobal mənzil böhranının çoxölçülü xarakter daşıdığı və struktur amillərlə şərtləndiyi vurğulanır. Bu hesabat göstərir ki, böhranın təzahürləri demoqrafik dəyişikliklər, ekoloji təzyiqlər və dəyişən iqtisadi şərait nəticəsində daha da dərinləşir. Bu proses isə bərabərsizlik, yoxsulluq və iqlim zərbələrinə qarşı həssaslıq da daxil olmaqla, bir çox çağırışları daha da kəskinləşdirir.

Bununla yanaşı, “Dünya şəhərlərinin vəziyyətinə dair 2026-cı il hesabatı (“World Cities Report 2026): Qlobal mənzil böhranı - fəaliyyətə aparan yollar” adlı sənəddə mənzil böhranının həll oluna biləcəyi də vurğulanır. Hesabatda qeyd olunur ki, qeyri-rəsmi yaşayış məntəqələrinə artıq həlli mümkün olmayan problem kimi yanaşmaq doğru deyil, çünki bu yaşayış formaları bir çox şəhərlərdə geniş yayılıb. Bu halların aradan qaldırılması və təcrid siyasətindən imtina edərək qeyri-rəsmi yaşayışı insanların dolanışıq imkanlarının yaxşılaşdırılması və mənzil böhranının həlli üçün potensial vasitə kimi dəyərləndirmək lazımdır. 

Hesabat eyni zamanda milli, regional və yerli idarəetmə səviyyələrində daxili maliyyə mexanizmlərinin genişləndirilməsi və əlçatanlıq boşluqlarının aradan qaldırılması üçün tələb-təklif yönümlü subsidiya mexanizmlərinin daha effektiv hədəfə alınmasının vacibliyini ön plana çıxarır. 

Bu baxımdan, hesabat sosial və əlçatan mənzil təminatına yönəldilmiş dövlət investisiyalarının əhəmiyyətli dərəcədə artırılmasına və eyni zamanda, xüsusilə əlçatan mənzil seqmentində təklifi artıran özəl sektor investisiyalarının stimullaşdırılmasına çağırır. 

İcmaların iştirakı və birgə icra mexanizmləri, xüsusilə marjinal qrupların inklüzivliyinə xüsusi diqqət yetirilməsi həm siyasətlərin hazırlanması mərhələsində, həm də sakinlərlə birlikdə hazırlanan və həyata keçirilən layihələrdə layiqli mənzil təminatının əsas elementi kimi qiymətləndirilir. Bu yanaşma həm məskunlaşmazdan əvvəlki, həm də məskunlaşmadan sonrakı mərhələlərdə icmaların bu prosesə fəal şəkildə cəlb olunmasını nəzərdə tutur.

“Münasib və əlçatan mənzil təminatı üzrə yeni sosial müqaviləyə ehtiyac var, yəni hökumətlər, özəl sektor və icmalar arasında investisiyaların cəlb olunması və mənzil təminatının sosial-iqtisadi funksiyalarının uzlaşdırılması məqsədilə müştərək məsuliyyət anlayışı formalaşdırılmalıdır”, - deyə BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) icraçı direktoru Anaklaudia Rossbax bildirib.

Hesabatın dərc olunması dayanıqlı şəhərsalma üzrə aparıcı qlobal konfrans olan və 17 may tarixində Bakı şəhərində start götürən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) ilə eyni vaxta təsadüf edir.

TodayPress TV

XƏBƏR LENTİ
31 MAY 2026
Neft bahalaşır: Avropa İttifaqı Rusiya ilə bağlı qərarı yenidən nəzərdən keçirir 16:53 İranla danışıqlarda yeni mərhələ: Tramp şərtləri ağırlaşdırır 19:12 Bu ölkə 180 min hərbçilik ehtiyat qoşun yaratmaq istəyir 16:48 Nizaminin Gürcüstandakı abidəsi təhqir olundu - [[VİDEO ]] 18:42 İran ABŞ-yə şərt qoydu: Etibar yaradan addımlar atılmalıdır 16:44 İsrail Livandakı strateji mövqelərini tərk etməyəcək - Kats açıqladı 16:40 Sabahın havası meteohəssas insanlar üçün necə olacaq? 16:19 Livanda ölənlərin sayı açıqlandı 16:08 Bu ailələrə hər ay 500-650 manat ödənilir 15:39 AZAL heyəti Milli Qəhrəman Hökumə Əliyevanın məzarını ziyarət etdi 15:18 Müdafiə Nazirliyinin həftəlik icmalı yayımlandı 15:04 SANA: İsrailin hərbi maşınları Suriyaya daxil olub 16:24 Bu istiqamətdə hərəkət edən marşrutun avtobusları dəyişdirilir 14:06 Fransada iğtişaşlar zamanı saxlanılanların sayı 780 nəfərə çatdı - YENİLƏNİB 09:46 Sutka ərzində Hörmüz boğazından 28 gəmi keçib - SEPAH 14:54 Bakıda ilk dəfə ABŞ–Azərbaycan İqtisadi Dialoqu keçiriləcək - YENİLNİB 14:23 Xameneinin iqamətgahı belə vurulub - Müharibənin GİZLİ GÖRÜNTÜLƏRİ 15:46 Leyla Əliyevadan fermer qadına incə davranış - VİDEO 14:19 "Makedon" vəfat etdi 15:00 Tramp Omanı hədələdi 13:40 Azərbaycanlı fotoqraf beynəlxalq sərgi ilə Romada çıxış edir 14:29 Azərbaycan millisi Qazaxıstanla qarşılaşacaq 12:43 Bərədə AĞIR QƏZA: 10 nəfər yaralandı 13:28 Türkiyədə zəncirvari qəzada dörd nəfər öldü 12:13 Sürücülərə XƏBƏRDARLIQ 13:19 Bütün Xəbərlər