Cabir İmanovla vida mərasimi keçirilir – CANLI 2

Cabir İmanovla vida mərasimi keçirilir – CANLI 2
30.09.2025 13:45 Mədəniyyət

Şəhriyar adına Mədəniyyət Mərkəzində Əməkdar artist Cabir İmanovla vida mərasimi keçirilir.

Vida mərasimində mərhumun ailə üzvləri, dostları, sənət adamları və rəsmilər iştirak edirlər.Vida mərasiminin ardınca cənazə Yasamal rayonundakı "Qurd qapısı" qəbiristanlığına aparılacaq və orada dəfn olunacaq.

Qeyd edək ki, Cabir İmanov sentyabrın 29-da paytaxtın Səbail rayonu Üzeyir Hacıbəyli küçəsində yerləşən idman zalında infarkt keçirdikdən sonra vəfat edib. O, 1992-2001-ci illərdə “Parni iz Baku” KVN komandasının üzvü olub. 2015-ci ildə Azərbaycanın Əməkdar artisti fəxri adına layiq görülüb. 2021-ci ildə “Tərəqqi” medalı ilə təltif olunub.

XƏBƏR LENTİ
25 IYUN 2026
Bütün Xəbərlər