Xamenei BELƏ ÖLDÜRÜLÜB - Kəşfiyyat məlumatları üzə çıxdı

Gündəm

03.03.2026 16:14

İran İslam Respublikasının Ali Rəhbəri Ayətullah Seyid Əli Xameneinin öldürülməsi İsrail kəşfiyyatının illərlə davam edən gizli müşahidə əməliyyatının nəticəsi olub. 

TodayPress TV xəbər verir ki, bu barədə "Financial Times" mənbələrə istinadən yazıb.

Nəşrin məlumatına görə, "Mossad" əməkdaşları Tehrandakı küçə kameralarına müdaxilə edərək görüntüləri şifrələnmiş formada İsraildəki serverlərə ötürüblər.

Bildirilir ki, əməliyyatdan xeyli əvvəl kəşfiyyatçılar Tehranın küçələrini detallı şəkildə öyrəniblər. 

Mənbələrdən birinin sözlərinə görə, kameralardan birinin bucaq imkanları ali dini liderin Paster küçəsində yerləşən iqamətgahı yaxınlığındakı avtomobillərin yerləşməsini müəyyən etməyə şərait yaradıb. Müşahidə nəticəsində mühafizə olunan kompleksin iş prinsipləri barədə məlumat toplanıb.

Həmçinin əməliyyata hazırlıq çərçivəsində yaxınlıqdakı təxminən 12 mobil rabitə qülləsinin bəzi komponentlərinin sıradan çıxarıldığı iddia olunur. Nəticədə telefon zəngləri zamanı xətlər məşğul kimi görünüb, beləliklə mümkün təhlükə xəbərdarlıqları mühafizə xidmətinə çatmayıb.

Qiymət Mahir

tag: İran,İsrail ,Ali Xamenei,Mossad,TodayPress TV,