Tektonik silahlar işə düşdü? - Azərbaycana bu qədər qar - yağış hardan gəlir...?
Gündəm
14.04.2026 11:13
"İran uzun zamandır iddia edirdi ki, İsrail və ABŞ bizim coğrafiyada “bulud qovma” əməliyyatları həyata keçirir. Bu səbəbdən bölgəmizdə quraqlıq yaranır, çayların suyu azalır, göllər quruyur”.
Bunu siyasi fəal Kamran Güllər TodayPress TV-yə açıqlamasında deyib.
O qeyd edib ki, hazırda dünyanın ən böyük problemlərindən biri içməli su ehtiyatlarının azalmasıdır.
Hətta baş verən bir çox müharibələrin kökündə də məhz bu məsələ dayanır, sadəcə fərqli adlarla təqdim olunur.
“Tektonik silahlarla bağlı tam təsdiqlənməsə də, müəyyən məlumat sızıntıları mövcuddur. Vyetnam müharibəsi zamanı ABŞ qoşunlarının irəliləməsinin qarşısını almaq üçün SSRİ tərəfindən süni yağışlar yaratmaq, sel hadisələri törətmək kimi əməliyyatların həyata keçirildiyi iddia olunur. Bu mövzuda hətta Hollivud filmi də çəkilib”.
O, 1988-ci ildə Ermənistanda baş verən zəlzələ ilə bağlı yayılan iddiaları xatırladıb:
”Bildirilirdi ki, SSRİ-nin “Tektonik silahlar mərkəzi”nin rəhbəri olan, Məmmədov soyadlı bir azərbaycanlı hadisədən sonra qaçaraq CAR-a sığınıb. Lakin mənim məqsədim bu mərkəzi araşdırmaq deyil. Diqqət çəkmək istədiyim məsələ son zamanlar yağan yağıntılardır. Deyəsən, İran bölgəmizdəki Amerika bazalarını sıradan çıxardıqdan sonra bu cür “bulud qovma” əməliyyatlarının qarşısı alınıb".
Ekspert qeyd edib ki, hazırda Laçın və Kəlbəcər rayonlarına qar yağması təsadüfi deyil:
“Sanki bərəkət, nur yağır. Dədə-babalar deyərdi ki, aprelin yağışı torpağı canlandırır. Apreldə yağan yağış bolluq və bərəkət gətirir. Ruzi-bərəkətimiz bol olsun, millət. Açığı, heç vaxt təsəvvür etməzdim ki, İranın hansısa əməlindən insanlar xeyir görə bilər. Buna da şükür”,- Kamran Güllər fikrini tamamlayıb.
Jalə Rövşən
tag: Tektonik silah ,İran ,Azərbaycan ,Qar,Todaypress.tv,
