SON DƏQİQƏ! Azərbaycanda YANACAQ bahalaşır?
Gündəm
10.03.2026 22:33
Dünyada neftin qiymətinin rekord səviyyədə artması fonunda Gürcüstanda yanacaq bahalaşıb. Bir sıra YDM-lərdə qiymətlər 2-12 tetri arasında artıb, bəzi şəbəkələrdə isə dizel yanacağı 18 tetri bahalaşıb.
Maraqlıdır, qonşu ölkədə gedən bu bahalaşma Azərbaycana necə təsir edə bilər?
İqtisadçı Akif Nəsirli məsələ ilə bağlı TodayPress TV-yə danışarkən bildirib ki, dünya bazarında neftin bahalaşması region ölkələrində yanacaq qiymətlərinə təsir etsə də, Azərbaycanda qiymətlər dövlət tərəfindən tənzimləndiyi üçün dəyişikliklər dərhal baş vermir.

“Qiymətlərin dəyişdirilməsi adətən Tarif Şurasının qərarı ilə olur. Buna görə də dünya bazarında neft bahalaşsa belə, daxildə qiymətlər ya gecikmə ilə dəyişir, ya da ümumiyyətlə dəyişməyə bilir”, - deyə ekspert qeyd edib.
O vurğulayıb ki, qlobal bazarda neft uzun müddət bahalı qalarsa, yanacaq istehsalı və idxalı xərcləri artarsa, Azərbaycanda da müəyyən artım ehtimalı yarana bilər:
“Lakin bu artımlar adətən kəskin olmur və çox vaxt 5–10 qəpik kimi mərhələli şəkildə həyata keçirilir”.
A. Nəsirli sonda bildirib ki, Gürcüstanda qiymətlərin qalxması regiondakı ümumi tendensiyanı göstərir.
Aysel Mətləb
tag: Akif Nəsirli,Yanacaq,Azərbaycan,Bahalaşma,Güürcüstan,Neft,TodayPress TV,
