Saakaşvili: "İran qəsdən Naxçıvana zərbə endirib"
Gündəm
05.03.2026 22:57
“İranın terrorçu rejimi iki dronla qəsdən Azərbaycanın Naxçıvan hava limanına zərbə endirib”.
TodayPress TV xəbər verir ki, bu barədə Gürcüstanın keçmiş Prezidenti Mixeil Saakaşvili “Facebook” sosial şəbəkəsində yazıb.
O bildirib ki, İranda Azərbaycandan ən azı üç dəfə çox azərbaycanlı yaşayır.
Saakaşvili əlavə edib ki, Azərbaycanın İsraillə uzun müddətdir sıx münasibətləri var və son vaxtlar ABŞ ilə də yaxınlaşma müşahidə olunur. Lakin bütün bunlar İranın ona qarşı heç bir təxribat olmadan Azərbaycana hücum etməsinə haqq qazandıra bilməz.
“İran Hörmüz boğazında neft tankerlarının hərəkətini blokladıqdan sonra Çinin də səbrini daşırıb. Çin xəbərdarlıq edir ki, İran bu ən vacib nəqliyyat arteriyasının sabotajını dayandırmasa, donanmasını göndərə və İrana qarşı hərəkətə keçə bilər”.
Sonda o bildirib ki, İran rejimin sağ qalmaq şansı yoxdur, lakin onun aqoniyası bir neçə ay davam edə bilər.
Aysel Mətləb
tag: Gürcüstan,Mixeil Saakaşvili,İran,Azərbaycan,Naxçıvan,Todaypress.tv,
