İçində azərbaycanlılar olan gəmi sualtı qayıqla vurulub? - Dəhşətli faciəyə dair iddialar

İçində azərbaycanlılar olan gəmi sualtı qayıqla vurulub? - Dəhşətli faciəyə dair iddialar
01.09.2026 14:12 Gündəm

Şimali Kiprin Girnə sahillərində sərnişin gəmisinin qəzaya uğraması nəticəsində 8 nəfər ölüb, 237-dən çox insan xilas edilib. Hadisənin səbəbləri ilə bağlı qəza, texniki nasazlıq və sabotaj da daxil olmaqla bütün versiyalar araşdırılır.

TodayPress TV Türkiyə KİV-ə istinadən xəbər verir ki, katamaran tipli gəmidə  partlayışdan təxminən 15 gün əvvəl eyni ərazidə xarici sualtı qayıq müşahidə edilib.

İddialara görə, bu sabotaj ehtimalını gündəmə gətirir. 

Şimali Kiprin Bayındırlıq və Nəqliyyat naziri Erhan Arıklı gəminin 2,5 ay əvvəl texniki baxışdan keçdiyini və kapitanın 25 illik təcrübəyə malik olduğunu bildirib.

Kiprdəki təhlükəsizlik mənbələri gəminin kənardan gətirilmiş partlayıcı ilə hədəfə alınması ehtimalını da araşdırılan versiyalar sırasında göstərib. Hadisənin dəqiq səbəbi texniki ekspertizadan sonra müəyyənləşəcək.

Qeyd edək ki, qəza zamanı xilas edilənlər arasında iki Azərbaycan vətəndaşının da olduğu bildirilir. 

Axtarış-xilasetmə işləri davam edir. İtkin düşənlərin olduğu, cəsədlərin  Suriya sahillərinə qədər sürüklənə biləcəyi istisna olunmur. 

Jalə Rövşən 

XƏBƏR LENTİ
01 SENTYABR 2026
Bütün Xəbərlər