"Ay camaat, ya istefa, ya istehsal!"
Gündəm
17.02.2026 22:30
Bundan öncəki yazımda böyük dəyişikliyin nə vaxt baş verəcəyi ilə bağlı sual qoymuşdum.
"Sadəcə işini bilənlə bildiyini inkişaf etdirən arasında dəyər fərqi yaradılmalıdır" - böyük dəyişiklik bundan sonra başlayacaq.
Bilmək birdirsə, biliyini dərinləşdirmək ikidir.
Müəssisələrdə rəhbərlər bunu görməli, bu ikisi arasında fərq qoymalıdır. Əks halda elə onların özü üçün də perspektivdə böyük uğurlar gözlənilməyəcək.
DÖRD SƏHV BİR DÜZÜ APARIR
Qəbul imtahanlarında iştirak etmiş hər kəs bu teoremi bilir. İş dünyasında da 4 səhv 1 düzü aparır deyə bilərik.
Səhv kimi qeyd etdiyim işini bilənlər, düz kimi qeyd etdiklərim isə bilməyənlərdir.
Və bir müəssisə üçün o "bir düz" dayaq nöqtəsidir. Çoxluğun azlığa tabe olduğu kollektivlərdə bu daha çox baş verir.
Və cümlədə işlətdiyim "aparır" kəlməsini bu məqamda "canından bezdirir" ifadəsi ilə əvəz etsək, daha yerinə düşər.
Kim bilir, bəlkə elə qəbul imtahanından bizi iş həyatımızda qarşılaşacağımız bu mənzərəyə öyrəşdirməyə çalışıblar. Bəlkə də...
Sadaladığım durumla qarşılaşanların iki seçimi olur.
YA İSTEFA, YA İSTEHSAL!
İstefa bir neçə dəqiqəlik, istehsal isə bir neçə illik qərar olur.
Çoxu birincini, azı ikincini seçər. Bir qismi də birincini düşünər, ikincini seçər.
Burada seçim həm işçinin, həm də müəssisənin bundan sonrakı qısamüddətlik taleyini müəyyən edər. Yalnız qısamüddətlik.
NİYƏ QISAMÜDDƏTLİK?
Ardı var...
Günəş Mərd
tag: Camaat, İstefa, İstehsal, İş,todaypress.tv,
