“Ay camaat, böyük dəyişiklik nə vaxt olacaq?”
Gündəm
16.02.2026 19:40
Öyrənməyi dayandırdıqda isə...
Davamlı öyrənmək bizi mütəxəssisə çevirir. Öyrənməyi dayandırdıqda isə yerimizdə sayırıq. Bu halda da mütəxəssis oluruq, amma yanlız müəyyən bir dövr ərzində.
Azərbaycanda təəssüf ki, daimi öyrənmə halında olan mütəxəssislər, əlindəkilərlə kifayətlənənlərə nisbətdə azlıq təşkil edir.
Bu səbəbdən küskünlüklər yaranır. Mütəxəssis dediklərimiz bir müddətdən sonra “xəsis”ləşir.
![]()
Bu “xəsis”lik bildiklərini özündən sonrakılara öyrətməmək şəkilində özünü büruzə verir.
NƏTİCƏ
Nəticədə yetişən də, yetişdirən də natamam qalır.
Bəs bunu necə yoluna qoya bilirik?
Sadəcə işini bilənlə bildiyini inkişaf etdirən arasında dəyər fərqi yaradılmalıdır. Həm maddi, həm də mənəvi…
Təəssüf ki, Azərbaycanda iş mühitində bu yoxdur. Bundan dolayı bazarda sağlam rəqabət hissi ölüb. Yerində mənasız intriqalar, söz-söhbətlər, dedi-qodu şousu dayanıb.

Heç kim narazı deyil, hamı-hamıdan narazıdır. Heç kim etiraz etmir, hamı hamıdan etiraz edir. Heç kim dəyişmək istəmir, hamı hamının dəyişməsini istəyir...
BÖYÜK DƏYİŞİKLİK NƏ VAXT OLACAQ?
Ardı var...
Günəş Mərd
tag: İş,Mütəxəssis,Azərbaycan,Peşəkar,Todaypress.tv,
