“Ay camaat, iş dünyasında sizə yer yoxdur!”
Gündəm
12.02.2026 21:50
Beşikdən qəbrə qədər…
Yazmışdım ki, peşəkarların yaxasını kənara çəkməsinə görə, əmək bazarında xaos hökm sürür.
Bəs çağdaş dövrümüzdə peşəkar olmaq yetərlidirmi?
Peşəkarlıq bizə verir, yoxsa bizdən alır?
İZAH
Peşəkarlıq sənə hörmət qazandırır. Sənə ehtiyac, ehtimad duyulur.
Bəli. Peşəkarlıq səni zirvəyə qaldırır. Amma...
ZİRVƏDƏ QALA BİLMİRSƏN
Çünki tələbə uduzursan. Tələblərə cavab vermirsən. Ay adam, sən tələbata uduzursan.
Sən oturub çayı keçməyin yolunu düşünərkən, çayın o biri üzündən rəqibin sənə əl sallayıb gülümsəyir.

O aparır oyunu, o qazanır. Sənə isə qalibi təbrik edib əlini sıxmaq qalır. İlk başlarda hiss etməsən də, bu, sonradan şüuraltı olaraq səni demotivə edir. Və köşənə xoş gəldin!
MARKETİNQ
Hə, bir də işin bazarlaması var. İstəyirsən pramida inşa et, istəyirsən Amerika icad elə, istəyirsən lap yeni bir dünya yarat, əgər işini düzgün bazarlamırsansa, indi sən iş dünyasında bir heçsən.
TƏCRÜBƏYƏ UDUZANLAR
Günümüzdə, xüsusən də gənclər bu qəbildən olan məsləhətləri çox eşidirlər. İş həyatında 20, 30 illik təcrübəsi olanlar onlara deyirlər:
“Mənim stajım sənin yaşın qədərdir”.

Təcrübə isə göstərir ki, iş dünyasında yaş və stajın bir-birinə qəti aidiyyatı yoxdur.
İş dünyası gör-götür dünyasıdır. Burada müəllimin özü belə şagirddir. O öyrədici, həmçinin öyrənəndir. Öyrənməyi dayandırdıqda isə...
Ardı var...
Günəş Mərd
tag: Beşik, QƏbir, Xaos, Zirvə, Peşəkar, todaypress.tv,
