ABŞ ilk 24 saatda müharibəyə 779 milyon dollar xərcləyib
Gündəm
04.03.2026 11:34
ABŞ Silahlı Qüvvələri Yaxın Şərqdə hərbi əməliyyatların ilk 24 saatı ərzində təxminən 779 milyon dollar xərcləyib.
TodayPress TV xəbər verir ki, bu barədə Türkiyənin "Anadolu" agentliyinin hesablamalarında bildirilib.
Məlumata görə, ilk sutkada ən böyük xərc “Tomahawk” qanadlı raketlərinin buraxılışı ilə bağlı olub. Bu məqsədlə ABŞ ordusu təxminən 340,4 milyon dollar xərcləyib.
İkinci yerdə qırıcı təyyarələrin uçuşları dayanır – bu istiqamətdə 271,3 milyon dollar sərf edilib.
Üçüncü ən böyük xərc isə HIMARS reaktiv yaylım atəşi sistemlərinin istifadəsi, kəşfiyyat məlumatlarının toplanması və logistika təminatı ilə bağlı olub. Bu sahələrə ümumilikdə 122,2 milyon dollar xərcləndiyi bildirilir.
Bundan əlavə, ABŞ B-2 strateji bombardmançıları ilə həyata keçirilən zərbələr üçün təxminən 30,2 milyon dollar sərf edib.
Qeyd edək ki, bu məbləğ ABŞ-nin 2026-cı il üçün nəzərdə tutulan ümumi hərbi büdcəsinin təxminən 0,1 faizinə bərabərdir.
Xatırladaq ki, 28 fevralda ABŞ və İsrail İrana qarşı hərbi əməliyyata başlayıb. Zərbələr ölkənin bir sıra iri şəhərlərinə, o cümlədən Tehrana endirilib. İran isə cavab olaraq İsrailə və Yaxın Şərqdə yerləşən ABŞ hərbi obyektlərinə raket və pilotsuz aparatlarla hücum edib.
Qiymət Mahir
tag: ABŞ , Yaxın Şərq,Türkiyə,HIMARS ,TodayPress TV,
