NATO-nun üç nəhəng təyyarəsi eyni anda havada: Baltik dənizi üzərində nə baş verir?

NATO-nun üç nəhəng təyyarəsi eyni anda havada: Baltik dənizi üzərində nə baş verir?
24.08.2026 15:50 Dünya

ABŞ-nin “Bombardier ARTEMIS II” kəşfiyyat təyyarəsi avqustun 24-də Kalininqrad vilayətinin ətrafında uçuş həyata keçirib.

TodayPress TV “RİA”ya istinadən xəbər verir ki, bu barədə uçuş məlumatları məlum olub.

Qeyd olunur ki, hava gəmisi Rumıniyanın Konstansa şəhərinin hava limanından havaya qalxıb və Moskva vaxtı ilə təxminən saat 10:50-də Rusiya sərhədindən təxminən 50 kilometr məsafədə dairəvi trayektoriya üzrə hərəkət etməyə başlayıb.

Bu həftə “ARTEMIS II” təyyarəsi Polşa və Litvanın hava məkanından, həmçinin Baltik dənizinin neytral sularından istifadə etməklə Kalininqrad vilayəti yaxınlığından bir neçə dəfə uçuş həyata keçirib. Bəzi hallarda onu NATO-ya məxsus “Boeing E-3A Sentry” və “Gulfstream EA-37B Compass Call II” təyyarələri də müşayiət edib.

Qiymət Mahir

XƏBƏR LENTİ
24 AVQUST 2026
Bütün Xəbərlər