Lavrov və Rubio Malaziyada görüşdü
Rusiya xarici işlər naziri Sergey Lavrov və ABŞ dövlət katibi Marko Rubio Malayziyanın paytaxtı Kuala-Lumpurda danışıqlara başlayıblar.
TodayPress TV xəbər verir ki, bu barədə ilk məlumatı “Reuters” agentliyi ABŞ Dövlət Departamentindəki mənbəyə istinadən yayıb.
Mənbənin sözlərinə görə, görüşə Çin XİN rəhbəri Van İnin də qoşulması gözlənilir. Lakin onunla Lavrov və Rubio arasında ayrıca görüşlərin keçirilib-keçirilməyəcəyi hələlik dəqiq deyil.
Qiymət Mahir