İran ABŞ-ni ittiham etdi - SEPAH və XİN-dən iki mühüm bəyanat

İran ABŞ-ni ittiham etdi - SEPAH və XİN-dən iki mühüm bəyanat
27.06.2026 19:52 Gündəm

ABŞ-nin son hücumları ilə bağlı İran İnqilab Keşikçiləri Korpusu (SEPAH) və Xarici İşlər Nazirliyi tərəfindən mühüm bəyanat verilib.

TodayPress TV xəbər verir ki, SEPAH tərəfindən səsləndirilən bəyanat mahiyyət etibarilə xəbərdarlıq xarakteri daşıyıb.

Bildirilib ki, ABŞ İrana hücum etməklə anlaşma memorandumunun Hörmüz boğazının yenidən açılması ilə bağlı olan 5-ci maddəsini pozub. Əlavə edilib ki, Hörmüz boğazından istənilən keçid İran hakimiyyəti ilə tam koordinasiya şəraitində həyata keçirilməlidir.

İran Xarici İşlər Nazirliyi tərəfindən yayılan bəyanat isə əsasən ABŞ hücumlarının pislənməsinə həsr olunub. Nazirlik memorandumun 1-ci maddəsinə istinad edərək bildirib ki, ABŞ-nin zərbələri sənəddə nəzərdə tutulan dərhal atəşkəs öhdəliyini pozub.

Qeyd edək ki, hazırda həm İran, həm də ABŞ anlaşma memorandumunun şərhi ilə bağlı fərqli mövqelər nümayiş etdirir. Görünən odur ki, Hörmüz boğazı məsələsi tərəflər arasında əsas fikir ayrılığına çevrilməkdədir.

Aysel Mətləb

TodayPress TV

XƏBƏR LENTİ
27 IYUN 2026
Bütün Xəbərlər