ABŞ və Avropa İranı BMT-yə şikayət etdi

ABŞ və Avropa İranı BMT-yə şikayət etdi
05.09.2026 11:54 Dünya

ABŞ, Böyük Britaniya, Fransa və Almaniya İranın nüvə proqramı ilə bağlı qətnamə layihəsini BMT Təhlükəsizlik Şurasına təqdim edib.

TodayPress TV xəbər verir ki, "Associated Press"in məlumatına görə, sənəd qəbul edilərsə, İranın nüvə öhdəliklərini pozduğunun rəsmən müəyyənləşdirilməsi istiqamətində addım atıla bilər.

Qətnamə layihəsinin daha sonra Beynəlxalq Atom Enerjisi Agentliyinin (AEBA) İdarə Heyətində müzakirəyə çıxarılması nəzərdə tutulur. Lakin sənəd hələ rəsmi şəkildə təqdim edilməyib və onun üzərində danışıqlar davam edir.

Sənəddə İranın Nüvə Silahlarının Yayılmaması Müqaviləsi çərçivəsində öhdəliklərinə əməl etməsi tələb olunur. Tehran bütün nüvə materialları və fəaliyyətləri barədə məlumat verməli, həmçinin AEBA müfəttişlərinin bu fəaliyyətlərin hərbi məqsədlə istifadə olunmadığını yoxlamasına imkan yaratmalıdır.

Layihədə AEBA-nın baş direktoru Rafael Qrossiyə məsələ ilə bağlı sənədləri agentliyin üzv dövlətlərinə, BMT Təhlükəsizlik Şurasına və Baş Assambleyaya göndərməsi tövsiyə edilir.

Diplomatların sözlərinə görə, qətnamənin yekun mətni hələ dəyişdirilə bilər və digər ölkələrin təklifləri də nəzərə alınacaq.

Türkan İsgəndərli

TodayPress TV

XƏBƏR LENTİ
05 SENTYABR 2026
Bütün Xəbərlər