Yaxın Şərqdəki münaqişə qlobal mənzil böhranını dərinləşdirir
“Yaxın Şərqdəki münaqişənin nəticələri artıq Qəzza, Livan, Suriya və Yəməndən kənarda hiss olunur”.
TodayPress TV xəbər verir ki, bunu WUF13 çərçivəsində keçirilən “Yaxın Şərq böhranı və onun qlobal mənzil və şəhərsalma sahəsinə təsirləri” adlı tədbirdə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təmsilçisi, Birlik təşkilatının 6-cı Baş katibi Patrisiya Skotland deyib.
O bildirib ki, dünya hazırda müharibə, köçkünlük, əlçatanlıq və insan ləyaqəti böhranlarının üst-üstə düşdüyü bir dövrdən keçir.
“Bu artıq sadəcə humanitar fövqəladə vəziyyət deyil. Bu, struktur xarakterli qlobal mənzil böhranıdır”, – deyə o vurğulayıb.
Patrisiya Skotland qeyd edib ki, Yaxın Şərqdəki münaqişənin təsirləri Afrikadakı qeyri-rəsmi yaşayış məntəqələrində, Avropanın kirayə bazarlarında, Asiya-Sakit okean regionunun həssas şəhər icmalarında və kiçik ada dövlətlərinin iqtisadiyyatlarında hiss olunur.
O, beynəlxalq ictimaiyyəti birlikdə, ağıllı və mərhəmətli şəkildə hərəkət etməyə çağırıb.
Qiymət Mahir