YAP Sədrinin müavini ilə Çinin Azərbaycandakı səfiri arasında görüş keçirildi

YAP Sədrinin müavini ilə Çinin Azərbaycandakı səfiri arasında görüş keçirildi
20.05.2025 15:50 Xarici siyasət

 Mayın 20-də Yeni Azərbaycan Partiyasının (YAP) Mərkəzi Aparatında YAP Sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov ilə Çin Xalq Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Lu Mey arasında görüş keçirilib. 

TodayPress TV xəbər verir ki, Tahir Budaqov Lu Meyi Azərbaycanda fəaliyyətə başlaması münasibətilə təbrik edib, onun ölkələrimiz arasındakı konstruktiv əməkdaşlığın inkişafına mühüm töhfə verəcəyinə əminliyini ifadə edərək uğurlar arzulayıb. 

Təbrikə görə minnətdarlığını bildirən səfir Lu Mey Çinin etibarlı strateji tərəfdaşı olan Azərbaycanda fəaliyyət göstərməkdən məmnunluğunu ifadə edib.  Görüşdə Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev ilə Çin Xalq Respublikasının Sədri, Çin Kommunist Partiyasının Baş katibi Si Cinpinin iki ölkə arasında əlaqələrin inkişafına böyük önəm verdikləri, dövlət başçılarının iradələri sayəsində hərtərəfli əməkdaşlığın dərinləşdirilməsi istiqamətində məqsədyönlü fəaliyyətin həyata keçirildiyi qeyd olunub.

Diqqətə çatdırılıb ki, Prezident İlham Əliyevin cari ilin aprel ayında Çinə rəsmi dövlət səfəri çərçivəsində “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında hərtərəfli strateji tərəfdaşlıq əlaqələrinin qurulması haqqında Birgə Bəyanat”ın imzalanması çoxşaxəli işbirliyinin inkişafına əlavə təkan verərək dövlətlərarası münasibətlərin yeni mərhələyə yüksəlməsini şərtləndirib. 

Bir-birinin ərazi bütövlüyü və suverenliyinə birmənalı dəstək verən Azərbaycan ilə Çinin dost və tərəfdaş dövlətlər kimi beynəlxalq müstəvidə əməkdaşlığı xüsusi diqqət mərkəzində saxladıqları qeyd olunub. Avrasiyada təhlükəsizliyin və qarşılıqlı faydalı işbirliyinin gücləndirilməsinin tərəfdarı kimi çıxış edən hər iki ölkənin müxtəlif istiqamətlərdə, o cümlədən ticari-iqtisadi, nəqliyyat-logistika, mədəni, humanitar, “yaşıl enerji” və digər sahələrdə əlaqələri genişləndirməkdə maraqlı olduqları vurğulanıb. 

Görüş əsnasında Yeni Azərbaycan Partiyası ilə Çin Kommunist Partiyası (ÇKP) arasında fəal siyasi dialoq şəraitində sıx təmasların, o cümlədən qarşılıqlı səfərlərin əhəmiyyəti qeyd edilib, bu xüsusda 2024-cü ilin noyabr ayında YAP nümayəndə heyətinin Çinə səfəri zamanı ÇKP ilə əməkdaşlıq memorandumunun imzalanmasının ölkələrarası münasibətlərin daha da möhkəmlənməsinə önəmli töhfə olduğu bildirilib.

Memorandumdan irəli gələn vəzifələrin bugünədək uğurla yerinə yetirildiyi, partiyalar arasında qarşılıqlı hörmət və etimada əsaslanan səmərəli işbirliyinin inamla davam etdirildiyi qeyd olunub. 

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

FOTOLAR

YAP Sədrinin müavini ilə Çinin Azərbaycandakı səfiri arasında görüş keçirildi — 1
YAP Sədrinin müavini ilə Çinin Azərbaycandakı səfiri arasında görüş keçirildi — 2
XƏBƏR LENTİ
31 MAY 2026
"Makedon" vəfat etdi 15:00 Tramp Omanı hədələdi 13:40 Azərbaycanlı fotoqraf beynəlxalq sərgi ilə Romada çıxış edir 14:29 Azərbaycan millisi Qazaxıstanla qarşılaşacaq 12:43 Bərədə AĞIR QƏZA: 10 nəfər yaralandı 13:28 Türkiyədə zəncirvari qəzada dörd nəfər öldü 12:13 Sürücülərə XƏBƏRDARLIQ 13:19 Paşinyan "Tramp marşrutu" və yeni dəmir yolu planlarını açıqladı 12:30 Azərbaycanın bəzi rayonlarında şimşək çaxacaq, dolu düşəcək - PROQNOZ 12:45 İran bir "Yasin"ə Azərbaycanı Ermənistana satdı 12:26 İsraildən Livan açıqlaması: Bofort qalası ələ keçirildi 12:07 Xameneinin dəfn mərasiminə hazırlıq başladı 12:20 Azərbaycan millisi Avropa Kubokuna qızıl medalla başladı 12:01 ABŞ-dən narkotacirlərin gəmisinə zərbə: Ölənlər var - VİDEO 11:46 Tramp şərtləri sərtləşdirir: ABŞ-İran müqaviləsi sual altındadır 11:39 FAKTİKİ HAVA: Şahdağda qar yağıb, Kəlbəcərə dolu düşüb 11:42 AZAL bu istiqamətdə uçuşlarını bərpa etdi 09:34 Türkiyədə sərnişin avtobusu yanıb, ölənlər var 09:37 ABŞ-İran danışıqları uzanır: Tramp səbəbi açıqladı 09:23 PSJ-nin qələbəsindən sonra baş verən iğtişaşlarda azı 12 nəfər yaralandı 09:46 Tramp İranla bağlı planını açıqladı: "Razılıq əldə olunmasa..." 09:42 ABŞ-yə məxsus PUA vuruldu - SEPAH 09:18 Ukrayna Rusiyanın neft infrastrukturunu vurdu - VİDEO 09:30 ABŞ bunu qəti şəkildə qəbul etmir - Trampdan açıqlama 09:15 Londonda polis muzeyə gələn ziyarətçiləri təxliyə etdi - SƏBƏB 09:11 Bütün Xəbərlər