Yalçın Rəfiyev Ankaraya səfər etdi

Yalçın Rəfiyev Ankaraya səfər etdi
30.08.2025 13:46 Xarici siyasət

Azərbaycan xarici işlər nazirinin müavini, COP29-un Baş danışıqçısı Yalçın Rəfiyev avqustun 29-da Türkiyənin ətraf mühit, şəhərsalma və iqlim dəyişikliyi nazirinin müavini Fatma Varankın dəvəti ilə Ankaraya səfər edib.

TodayPress TV xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.

Bildirilib ki, səfər çərçivəsində Y.Rəfiyev Paris Sazişi üzrə Türkiyənin "İkiillik Şəffaflıq Hesabatı (BTR1) və Doqquzuncu Milli Bəyanat və İkinci İkiillik Şəffaflıq Hesabatının (NC9/BTR2) hazırlanmasına dəstək layihəsi" çərçivəsində Ankarada təşkil olunan seminarın açılışında çıxış edib.

Çıxışında o, COP29-da əldə olunmuş tarixi nəticələri vurğulayıb və Paris Sazişi çərçivəsində dövlətlərin təqdim etməli olduqları İkiillik Şəffaflıq Hesabatları mexanizminin uğurla işə düşməsində Azərbaycan sədrliyinin mühüm rolunu qeyd edib. Nəticədə, artıq 105 dövlətin bu hesabatları təqdim etdiyi, Azərbaycan və Türkiyənin isə ilk təqdim edən ölkələrdən olduğu xüsusi olaraq diqqətə çatdırılıb. O həmçinin bildirib ki, Azərbaycanın iqlim şəffaflığına verdiyi dəstək COP29 ilə məhdudlaşmayacaq. COP Sədrliyinin Fəaliyyət Gündəliyi çərçivəsində elan edilmiş Bakı Şəffaflıq Platforması (BTP) gələcəkdə də dövlətlərin hesabatları və texniki icmallarının hazırlanmasına beynəlxalq tərəfdaşlarla birlikdə dəstək göstərəcək.

Səfər zamanı, Y.Rəfiyev həmçinin Türkiyənin ətraf mühit, şəhərsalma və iqlim dəyişikliyi nazirinin müavini Fatma Varank, xarici işlər nazirinin müavinləri Ayşe Berris Ekinci və Nuh Yılmaz, eləcə də Türkiyə İqtisadi İnkişaf Agentliyinin (TİKA) sədri Abdullah Eren ilə ikitərəfli görüşlər keçirib.

Görüşlərdə iqlim gündəliyində duran məsələlər, Türkiyənin iqlim dəyişmələri ilə mübarizə tədbirləri, COP30-a hazırlıq və iki ölkənin ortaq prioritetləri, iqtisadi əməkdaşlıq, beynəlxalq təşkilatlar çərçivəsində birgə fəaliyyət və regional layihələr barədə müzakirələr aparılıb. Xüsusilə BMT və digər təşkilatlar daxilində ortaq fəaliyyətin məmnunluq doğurduğu qeyd olunub və gələcəkdə bu istiqamətdə atılacaq müvafiq addımlar ətrafında fikir mübadiləsi aparılıb. TİKA ilə Azərbaycan İnkişafa Yardım Agentliyi arasında əməkdaşlıq məsələləri nəzərdən keçirilib.

FOTOLAR

Yalçın Rəfiyev Ankaraya səfər etdi — 1
Yalçın Rəfiyev Ankaraya səfər etdi — 2
Yalçın Rəfiyev Ankaraya səfər etdi — 3
XƏBƏR LENTİ
31 MAY 2026
Nizaminin Gürcüstandakı abidəsi təhqir olundu - [[VİDEO ]] 18:42 İran ABŞ-yə şərt qoydu: Etibar yaradan addımlar atılmalıdır 16:44 İsrail Livandakı strateji mövqelərini tərk etməyəcək - Kats açıqladı 16:40 Sabahın havası meteohəssas insanlar üçün necə olacaq? 16:19 Livanda ölənlərin sayı açıqlandı 16:08 Bu ailələrə hər ay 500-650 manat ödənilir 15:39 AZAL heyəti Milli Qəhrəman Hökumə Əliyevanın məzarını ziyarət etdi 15:18 Müdafiə Nazirliyinin həftəlik icmalı yayımlandı 15:04 SANA: İsrailin hərbi maşınları Suriyaya daxil olub 16:24 Bu istiqamətdə hərəkət edən marşrutun avtobusları dəyişdirilir 14:06 Fransada iğtişaşlar zamanı saxlanılanların sayı 780 nəfərə çatdı - YENİLƏNİB 09:46 Sutka ərzində Hörmüz boğazından 28 gəmi keçib - SEPAH 14:54 Bakıda ilk dəfə ABŞ–Azərbaycan İqtisadi Dialoqu keçiriləcək - YENİLNİB 14:23 Xameneinin iqamətgahı belə vurulub - Müharibənin GİZLİ GÖRÜNTÜLƏRİ 15:46 Leyla Əliyevadan fermer qadına incə davranış - VİDEO 14:19 "Makedon" vəfat etdi 15:00 Tramp Omanı hədələdi 13:40 Azərbaycanlı fotoqraf beynəlxalq sərgi ilə Romada çıxış edir 14:29 Azərbaycan millisi Qazaxıstanla qarşılaşacaq 12:43 Bərədə AĞIR QƏZA: 10 nəfər yaralandı 13:28 Türkiyədə zəncirvari qəzada dörd nəfər öldü 12:13 Sürücülərə XƏBƏRDARLIQ 13:19 Paşinyan "Tramp marşrutu" və yeni dəmir yolu planlarını açıqladı 12:30 Azərbaycanın bəzi rayonlarında şimşək çaxacaq, dolu düşəcək - PROQNOZ 12:45 İran bir "Yasin"ə Azərbaycanı Ermənistana satdı 12:26 Bütün Xəbərlər