Ermənistanda müxalifət Paşinyana qarşı impiçment prosesinə başlayır

Ermənistanda müxalifət Paşinyana qarşı impiçment prosesinə başlayır
07.06.2025 14:10 Dünya

Ermənistan parlamentində təmsil olunan müxalif "Şərəfim var" fraksiyası Baş nazir Nikol Paşinyana qarşı impiçment təşəbbüsü ilə çıxış edib.

TodayPress TV "TASS"a istinadən xəbər verir ki, bu barədə fraksiyanın yaydığı rəsmi bəyanatda bildirilib.

Fraksiya, Ermənistan hökumətinin Baş naziri postuna Masis şəhərinin meri David Ambarsumyanın namizədliyini irəli sürmək niyyətindədir.

Qeyd edək ki, 2008–2018-ci illərdə prezident olmuş Serj Sarkisyanla əlaqələndirilən "Şərəfim var" fraksiyası parlamentdə cəmi 6 yerə malikdir. Lakin təşəbbüsün parlamentin gündəliyinə salınması üçün ən azı 36 deputatın dəstəyinə ehtiyac var.

Sabiq prezident Robert Koçaryanın rəhbərlik etdiyi "Ermənistan" müxalifət fraksiyası (1998–2008-ci illər) artıq bəyan edib ki, əgər əlavə 8 səs toplanarsa, 28 deputatı bu sənədi imzalamağa hazırdır. Bundan başqa, parlamentdə Paşinyanın "Vətəndaş Müqaviləsi" fraksiyasından çıxmış 2 müstəqil deputat da var, lakin onlar Sarkisyan və ya Koçaryanla əlaqəli namizədə səs verməyəcəklərini bildiriblər.

Təşəbbüs parlamentin gündəliyinə salınsa belə, Baş naziri vəzifədən uzaqlaşdırmaq üçün 54 deputatın səsi tələb olunur.

Töhfə Səməd

XƏBƏR LENTİ
02 IYUN 2026
Azərbaycanda Milli Kibertəhlükəsizlik Agentliyi yaradıldı - FƏRMAN 14:30 Şəhidin həyat yoldaşını qayınatası "qanpulu"na görə öldürüb? - Ölkə cavab axtarır, niyə? 14:24 Titullar hər şeydir: futbol nəhənglərinin fərqli strategiyası 14:17 Abşeron Türkiyəni zülmətdən xilas edəcək - qlobal layihə vizasını aldı 13:59 Usikin yeni rəqibi bəlli oldu: qarşıda məğlubedilməz boksçu var 13:56 Rusiyadan göndərilən seçki alverçilərini İrəvan aeroportunda qapazladılar 13:55 Yayda su içmək əvəzinə bu meyvələrdən yeyin 13:51 “Liverpul”dan sürpriz qərar: yeni baş məşqçi bəllidir! 13:44 İlk dəfə açıqlanır: Bu dəhşətli qışda Ukraynanı Azərbaycan ölümdən xilas edib 13:39 20 ballıq cərimə limiti artırılır? - VİDEO 13:38 Dünya çempionluğu Keyni “Qızıl top”a yaxınlaşdıra bilər 13:35 Tennis əfsanəsinin dönüşü dünyanı təəccübləndirdi 13:25 "Elçibəy" Ermənistanı uçuruma aparır... 13:20 Simonyan: Azərbaycana gedirəm, Sahibə xanım dəvət etdi 13:12 NBA finalı üçün uşaqlara gec yatmağa “rəsmi icazə” verildi 13:07 Meteohəssas vətəndaşların nəzərinə: Atmosfer təzyiqi enir 12:59 Sabiq deputat VƏFAT ETDİ 12:57 Ermənistanda hərbçinin meyiti aşkarlandı 12:55 İcarə müddəti başa çatan futbolçular klubdan getdi 12:40 Qızıl almaq istəyənlərin NƏZƏRİNƏ! 12:35 Polis və Məhkəmə rəsmiləri bir araya gəldi- Vətəndaşların hüquq və azadlıqları... 12:25 “Krasnodar” məşqçisi neytral azarkeşlərə münasibət bildirdi 12:11 Tramp “Bibi”sini belə təhqir etdi: Dünyanın danışdığı qalmaqal — SİTAT-SİTAT... 11:53 DÇ-2026 öncəsi böyük əməliyyat: milyonlarla dollarlıq saxta məhsul ələ keçdi 11:49 Space TV-də maaş qalmaqalı: Günah Vadoya qaldı 11:49 Bütün Xəbərlər