Futbolçulara qarşı irqçi şüarlar səsləndirildi

Futbolçulara qarşı irqçi şüarlar səsləndirildi
02.08.2025 09:00 UEFA

UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin cavab görüşündə Belqradın “Partizan” klubunun azarkeşləri Ukraynanın “Aleksandriya” komandasının futbolçularına qarşı irqçi ifadələr işlədib.

TodayPress TV xəbər verir ki, bu barədə Serbiyanın “Telegraf.rs” nəşri məlumat yayıb. 

Bildirilir ki, Belqrad şəhərində baş tutan “Partizan” – “Aleksandriya” (4:0) oyununda serb azarkeşlər rəqib komandanın furbolçularına “Qaraçı, qaraçı” deyə səsləniblər. İnsident, ukraynalı futbolçunun “Partizan”ın oyunçusunu itələyib yerə yıxmasından və komandalar arasında toqquşmadan sonra baş verib.

Həmçinin serb azarkeşlər Rusiya və Moskva “ÇSKA”sı ilə qardaşlığa dair mahnılar oxuyub. Oyunun sonlarına yaxın isə “Srvena Zvezda” azarkeşlərinin tez-tez istifadə etdiyi NATO əleyhinə şüarlar səsləndirilib.

Bundan əlavə, ukraynalı futbolçulara cavab görüşündə öz milli bayraqları ilə meydana çıxmaq qadağan edilib, bu da ciddi narazılıqlara səbəb olub.

Qeyd edək ki, “Aleksandriya” iki oyunun nəticəsinə görə “Partizan”a 0:6 hesabı ilə məğlub olaraq turnirdən kənarlaşdırılıb.

Namiq HUN

XƏBƏR LENTİ
01 IYUN 2026
Sahibə Qafarova Serbiyada səfərdədir 17:48 Monteneqro Prezidenti Azərbaycan liderini təbrik etdi 17:30 Tramp Əliyevə məktub göndərib - iyun ayında olacaq böyük hadisələrin mesajını verdi: Şifrələri açırıq 17:15 Sabah BTQ dəmir yolu xətti modernləşdirilmədən sonra istifadəyə veriləcək 17:14 Növbəti iki gün hava yağıntılı olacaq - XƏBƏRDARLIQ 16:51 Əraqçi xəbərdarlıq etdi: "Bu halda bütün cəbhələrdə atəşkəs pozulacaq" 16:41 İspan məşqçilərinin uğur sirri açıqlandı! 16:39 Rodri transfer xəbərləri fonunda diqqətini mundiala yönəltdi! 16:34 Rusiya diplomatik əlaqələri genişləndirir - Dörd səfirlik açılacaq 16:32 ABŞ döyüşə hazır vəziyyətdə gözləyir - VİDEO 16:31 Gürcüstandakı azərbaycanlılar qibləni Tehranda, Xamenei fotosuna ibadətdə axtarırlar, niyə? 16:29 “Ağ-qaralar” heyətin vacib üzvlərini qorudu! 16:16 Prezident “Baku Energy Forum”un rəsmi açılış mərasimində iştirak etdi - YENİLƏNDİ 3 10:02 Ordu yavaş-yavaş yığılır - Rusiya və Belarus Ermənistana müdaxiləyə hazırlanır? 16:11 Azərbaycanı dünyada biabır edənlər 16:10 “Qırmızılar” heyətdə ciddi dəyişikliklərə başladı! 16:05 Azərbaycan yalan oldu, Ermənistan "Noldu, Paşinyan?" şüarları ilə çalxalanır 16:00 ABŞ Dövlət katibi elçi göndərdi, Prezident qəbul etdi 15:58 Hemiltonun uğurunun arxasında gizlənən səbəb məlum oldu! 15:55 "Yevlaxa qədər işğal edək" deyən sabiq erməni nazirdən sensassion açıqlama 15:50 ƏƏSMN açıqladı: Bu uşaqlar ailələrinə qaytarılıb 15:51 Bu dərmanların qiymətinin yuxarı həddi tənzimləndi 15:34 Dünya Seriyasında Azərbaycan güləşçilərindən uğurlu nəticə! 15:17 Qarabağa gediş üçün yeni qiymətlər 15:14 “Barselona” ulduzundan Lamin Yamal etirafı! 15:10 Bütün Xəbərlər