Azərbaycanda yay turizm mövsümünə start verildi

Azərbaycanda yay turizm mövsümünə start verildi
14.06.2025 12:48 Turizm

İyunun 13-də Dövlət Turizm Agentliyinin və “Şahdağ” Turizm Mərkəzinin birgə təşkilatçılığı ilə yay mövsümünün açılışı, bu istiqamətdə həyata keçirilən işlər və yeniliklərlə əlaqədar media nümayəndələri üçün “Şahdağ”a mediatur təşkil edilib.

TodayPress TV xəbər verir ki, mediaturun əsas məqsədi Azərbaycanda yay turizminin inkişafı və təbliğinə dəstək məqsədilə Dövlət Turizm Agentliyi tərəfindən həyata keçirilən tədbirləri, o cümlədən mövcud turizm destinasiyalarını və xidmətləri geniş ictimaiyyətin diqqətinə çatdırmaq, həmçinin "Şahdağ" Turizm Mərkəzində aparılan infrastruktur yenilikləri və ziyarətçilər üçün yaradılan yeni imkanlarla bağlı məlumat verməkdir.

Tədbir çərçivəsində turizm sənayesinin yay turizm mövsümünə hazırlığını, eləcə də “Şahdağ” Turizm Mərkəzində yay mövsümündə turistlər üçün nəzərdə tutulan mövcud və yeni turizm məhsullarını əhatə edən təqdimatlar nümayiş olunub.

Tədbirdə çıxış edən Dövlət Turizm Agentliyinin sədrinin müşaviri Kənan Quluzadə 2030-cu ilə qədər turizm sektorunda ÜDM istehsalının 11.5 milyard manata, turizmin qeyri-neft və qaz iqtisadiyyatındakı payının 8.2 faizə, turizm üzrə daxilolmaların 7.4 milyard manata çatacağının proqnozlaşdırıldığını bildirib.

DTA sədrinin müşaviri bununla yanaşı, bu dövr ərzində regionların xarici turist gecələmələrindəki xüsusi çəkisinin 46 faizə, turizm sənayesinin muzdlu əmək bazarındakı payının isə 5.8 faizə yüksələcəyinin gözlənildiyini qeyd edib.

Dövlət Turizm Agentliyinin Turizm siyasəti və strategiyası şöbəsinin müdir müavini Günay Bayramova öz çıxışında ilkin qiymətləndirmələrə görə ötən il turizm sektorunun ölkə iqtisadiyyatında payının 4.5 faiz, o cümlədən qeyri-neft və qaz sektorunda isə 6.7 faiz olduğunu qeyd edib. O, həmçinin 2018-2024-cü illərdə turistlərin yerləşdirilməsi və ictimai iaşə fəaliyyəti növü üzrə ÜDM istehsalının illik orta hesabla 3.8 faiz artdığını, bunun nəticəsində 7 il ərzində bu sektorda yaradılan əlavə dəyərin 30 faiz yüksələrək 2024-cü ildə 3.1 milyard manata çatdığını bildirib. Günay Bayramova 2017-2024-cü illərdə mehmanxana və mehmanxana tipli müəssisələrin sayının 44.4 faiz, onların birdəfəlik tutumunun isə 62 faizə yaxın artdığını vurğulayıb. 

Tədbirdə çıxış edən “Şahdağ” Turizm Mərkəzi QSC-nin sədri Rüstəm Nəcəfov yay mövsümü ilə əlaqədar ərazidə və hotellərdə mövcud infrastrukturun təkmilləşdirildiyini, yenidənqurma və bərpa işlərinin aparıldığını, o cümlədən kanat xətlərinin, qonaqlara təklif olunan əyləncə növlərinin və atraksionların texniki baxışdan keçirilərək hazır vəziyyətə gətirildiyini qeyd edib. O, paralel olaraq  gələn ilin mart ayında "Şahdağ"da keçiriləcək Xizək Alpinizmi üzrə Avropa Çempionatı və Dünya Kuboku yarışları ilə bağlı infrastruktur işlərinə başlanıldığını, yeni 10 km-lik xizək yolunun inşasının aparıldığını, bununla yanaşı, bu ilin sonuna 124 nömrəlik yeni “Lakeside” hotelinin istifadəyə verilməsinin nəzərdə tutulduğunu bildirib. Rüstəm Nəcəfov kompleksin inkişafının və genişləndirilməsinin mərhələli şəkildə həyata keçirildiyini və aparılan işlərin davamlı xarakter daşıdığını bildirib. 

Mediatur çərçivəsində media nümayəndələri turizm mərkəzində qonaqlara təklif olunan turizm xidmətləri ilə tanış olub, atraksionlardan və müxtəlif yay əyləncələrindən istifadə ediblər.

Qeyd edək ki, 2025-ci ilin yanvar-may aylarında Azərbaycana səfər edən əcnəbi qonaqların sayı 979 963 nəfər təşkil edib.

FOTOLAR

Azərbaycanda yay turizm mövsümünə start verildi — 1
Azərbaycanda yay turizm mövsümünə start verildi — 2
Azərbaycanda yay turizm mövsümünə start verildi — 3
Azərbaycanda yay turizm mövsümünə start verildi — 4
Azərbaycanda yay turizm mövsümünə start verildi — 5
Azərbaycanda yay turizm mövsümünə start verildi — 6
Azərbaycanda yay turizm mövsümünə start verildi — 7
Azərbaycanda yay turizm mövsümünə start verildi — 8
Azərbaycanda yay turizm mövsümünə start verildi — 9
XƏBƏR LENTİ
31 MAY 2026
Nizaminin Gürcüstandakı abidəsi təhqir olundu - [[VİDEO ]] 18:42 İran ABŞ-yə şərt qoydu: Etibar yaradan addımlar atılmalıdır 16:44 İsrail Livandakı strateji mövqelərini tərk etməyəcək - Kats açıqladı 16:40 Sabahın havası meteohəssas insanlar üçün necə olacaq? 16:19 Livanda ölənlərin sayı açıqlandı 16:08 Bu ailələrə hər ay 500-650 manat ödənilir 15:39 AZAL heyəti Milli Qəhrəman Hökumə Əliyevanın məzarını ziyarət etdi 15:18 Müdafiə Nazirliyinin həftəlik icmalı yayımlandı 15:04 SANA: İsrailin hərbi maşınları Suriyaya daxil olub 16:24 Bu istiqamətdə hərəkət edən marşrutun avtobusları dəyişdirilir 14:06 Fransada iğtişaşlar zamanı saxlanılanların sayı 780 nəfərə çatdı - YENİLƏNİB 09:46 Sutka ərzində Hörmüz boğazından 28 gəmi keçib - SEPAH 14:54 Bakıda ilk dəfə ABŞ–Azərbaycan İqtisadi Dialoqu keçiriləcək - YENİLNİB 14:23 Xameneinin iqamətgahı belə vurulub - Müharibənin GİZLİ GÖRÜNTÜLƏRİ 15:46 Leyla Əliyevadan fermer qadına incə davranış - VİDEO 14:19 "Makedon" vəfat etdi 15:00 Tramp Omanı hədələdi 13:40 Azərbaycanlı fotoqraf beynəlxalq sərgi ilə Romada çıxış edir 14:29 Azərbaycan millisi Qazaxıstanla qarşılaşacaq 12:43 Bərədə AĞIR QƏZA: 10 nəfər yaralandı 13:28 Türkiyədə zəncirvari qəzada dörd nəfər öldü 12:13 Sürücülərə XƏBƏRDARLIQ 13:19 Paşinyan "Tramp marşrutu" və yeni dəmir yolu planlarını açıqladı 12:30 Azərbaycanın bəzi rayonlarında şimşək çaxacaq, dolu düşəcək - PROQNOZ 12:45 İran bir "Yasin"ə Azərbaycanı Ermənistana satdı 12:26 Bütün Xəbərlər