Azərbaycan TDT-nin Beynəlxalq Turizm Forumunda təmsil olundu

Azərbaycan TDT-nin Beynəlxalq Turizm Forumunda təmsil olundu
16.09.2025 10:28 Turizm

15-16 sentyabr tarixlərində Qırğızıstan Respublikasının Cəlal-Abad şəhərində keçirilən Türk Dövlətləri Təşkilatının “Davamlı Turizmin İnkişafı” mövzusunda Beynəlxalq Turizm Forumunda Azərbaycanı Dövlət Turizm Agentliyinin sədrinin müşaviri Kənan Quluzadənin rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edib.

TodayPress TV xəbər verir kİ, forum çərçivəsində çıxış edən Kənan Quluzadə turizmin ölkə iqtisadiyyatının ən dinamik sahələrindən biri kimi inkişaf etdiyini, eyni zamanda davamlı və inklüziv turizmin xüsusi əhəmiyyət daşıdığını qeyd edib.

Çıxış zamanı Azərbaycanın həyata keçirdiyi təşəbbüslər barədə iştirakçılara məlumat verilib, yeni turistik marşrutlarının yaradılması, ekoturizm layihələrinin reallaşdırılması, eləcə də plastik tullantıların azaldılması üzrə proqramların icrası diqqətə çatdırılıb.

Kənan Quluzadə, həmçinin Azərbaycanın COP29-a ev sahibliyi etdiyini xatırladaraq, qəbul olunmuş “Turizm Sektorunda Təkmilləşdirilmiş İqlim Fəaliyyəti üzrə COP29 Bəyannaməsi”nin qlobal miqyasda əhəmiyyətini vurğulayıb və türk dövlətlərini davamlı turizm sahəsində sıx əməkdaşlığa dəvət edib.

Tədbirin ikinci günündə iştirakçılar üçün “Türk Dövlətləri Təşkilatı məkanında macəra turizminin inkişafı” mövzusunda seminar təşkil olunub.

TodayPress TV

XƏBƏR LENTİ
31 MAY 2026
Livanda ölənlərin sayı açıqlandı 16:08 Bu ailələrə hər ay 500-650 manat ödənilir 15:39 AZAL heyəti Milli Qəhrəman Hökumə Əliyevanın məzarını ziyarət etdi 15:18 Müdafiə Nazirliyinin həftəlik icmalı yayımlandı 15:04 SANA: İsrailin hərbi maşınları Suriyaya daxil olub 16:24 Bu istiqamətdə hərəkət edən marşrutun avtobusları dəyişdirilir 14:06 Fransada iğtişaşlar zamanı saxlanılanların sayı 780 nəfərə çatdı - YENİLƏNİB 09:46 Sutka ərzində Hörmüz boğazından 28 gəmi keçib - SEPAH 14:54 Bakıda ilk dəfə ABŞ–Azərbaycan İqtisadi Dialoqu keçiriləcək - YENİLNİB 14:23 Xameneinin iqamətgahı belə vurulub - Müharibənin GİZLİ GÖRÜNTÜLƏRİ 15:46 Leyla Əliyevadan fermer qadına incə davranış - VİDEO 14:19 "Makedon" vəfat etdi 15:00 Tramp Omanı hədələdi 13:40 Azərbaycanlı fotoqraf beynəlxalq sərgi ilə Romada çıxış edir 14:29 Azərbaycan millisi Qazaxıstanla qarşılaşacaq 12:43 Bərədə AĞIR QƏZA: 10 nəfər yaralandı 13:28 Türkiyədə zəncirvari qəzada dörd nəfər öldü 12:13 Sürücülərə XƏBƏRDARLIQ 13:19 Paşinyan "Tramp marşrutu" və yeni dəmir yolu planlarını açıqladı 12:30 Azərbaycanın bəzi rayonlarında şimşək çaxacaq, dolu düşəcək - PROQNOZ 12:45 İran bir "Yasin"ə Azərbaycanı Ermənistana satdı 12:26 İsraildən Livan açıqlaması: Bofort qalası ələ keçirildi 12:07 Xameneinin dəfn mərasiminə hazırlıq başladı 12:20 Azərbaycan millisi Avropa Kubokuna qızıl medalla başladı 12:01 ABŞ-dən narkotacirlərin gəmisinə zərbə: Ölənlər var - VİDEO 11:46 Bütün Xəbərlər