Laricaninin ölümünü SEPAH-la nə bağlayır? - SƏBƏB BU İMİŞ...

Laricaninin ölümünü SEPAH-la nə bağlayır? - SƏBƏB BU İMİŞ...
18.03.2026 16:11 Аналитика

Martın 17-də İran Təhlükəsizlik Şurasının katibi Əli Laricaninin öldürüldüyü təsdiqlənib. 


Onun İsrail Hərbi Hava Qüvvələrinin ötən gecə endirdiyi hava zərbəsi nəticəsində həlak olduğu bildirilir.   

Sual yaranır, onun ölümü  İranı zəiflədəcəkmi? 

Sözügedən məsələni politoloq  Sədrəddin Soltan TodayPress TV-yə şərh edib.  


O bildirib ki, ABŞ İrana və İran hakimiyyətinə, terrorçu təşkilatlara yanaşdığı kimi yanaşır:  

"Məsələn, HƏMAS və “Hizbullah” liderlərinin zərərsizləşdirilməsi kimi addımlar bu təşkilatların zəiflədilməsinə səbəb oldu və nəticədə onlar əvvəlki güc və iddialarını irəli sürə bilmirlər".     

Ekspert vurğulayıb ki, bu baxımdan, ABŞ gələcək perspektivdə İranla danışıqları daha zəif, daha asan təsir altına düşə bilən qüvvələrlə aparmaq üçün İran hakimiyyətinin aparıcı fiqurlarını və güc mərkəzlərini zəiflətməyə çalışır.   

"Xüsusilə SEPAH-ın zəiflədilməsi ABŞ-nin əsas hədəflərindən biri kimi görünür. SEPAH-la bağlı aparıcı şəxslərin sıradan çıxarılması da bu strategiyanın tərkib hissəsidir", - deyə, analitik bildirib. 

S.Soltan sonda diqqətə çatdırıb ki, son dövrlərdə hədəfə alınan şəxslərin əksəriyyətinin SEPAH-la birbaşa əlaqəli olduğu müşahidə olunur:


"Məsələn, İran Ali Təhlükəsizlik Şurasının katibi Əli Laricani də SEPAH-a yaxın fiqurlardan biri hesab olunur.  Odur ki, məqsəd İranda hakimiyyətdə olan bu liderləri və nüfuz sahibi şəxsləri sıradan çıxarmaqla ölkədaxili fəaliyyətdə, eləcə də dövlətin xarici və hərbi-siyasi kursunda radikal mövqeləri zəiflətməkdir. ABŞ-yə qarşı kəskin xətti müdafiə edən qüvvələrin təsirini azaltmaqla, hakimiyyətdə daha mülayim və Qərblə anlaşa biləcək qüvvələrə ümid bağlamağa çalışırlar".  

Jalə Rövşən

TodayPress TV

ЛЕНТА НОВОСТЕЙ
04 июня 2026
Скрыть не удалось: подтверждены ужасные разрушения на военной базе в Кувейте 17:39 Том Баррак: Центр силы, протянувшийся от Турции до Ближнего Востока 17:25 Гроза армян, забытая легенда бакинского криминала: Кочи Тарлан — пишет Заур Алиев... 16:44 ОТ ВЕРСАЛЯ ДО УКРАИНЫ: СТО ЛЕТ ПОИСКОВ МИРОВОГО ПОРЯДКА — пишет Рамиз Юнус... 16:06 Ожидается ли провокация на азербайджано-армянской границе? 16:02 Азербайджанская пощечина «свинопасу», мнившему себя альтернативой Пашиняну — о чем говорят в Агдаме... 15:38 Трамп встретится с Хаменеи: громкое заявление изменило повестку дня 14:48 «В Каабе есть дьявол, и его побивают камнями?»: теолог возмущен 14:45 Ведомство, пресекающее провокации иностранных спецслужб — в указе Президента 14:32 Эпоха «вынужденного переселения» завершается: государство меняет закон! 14:16 Скандал с зарплатами на Space TV: крайним остался Вадо 11:49 По делу о мошенничестве на полмиллиона вынесено новое судебное решение 11:22 Путин «прижал» миллиардеров: цена угроз за закрытыми дверями... 11:09 Никол Пашинян передал Азербайджану оружие на 4-5 миллиардов долларов — с каким лицом он просит голоса? 11:00 В Иране неспокойно, власть трещит по швам: президента прижали к стене, КСИР не знает границ 10:39 Polşa dronlara qarşı öz müdafiə sistemini yaradacaq 22:54 Все новости