Davosda DİQQƏTÇƏKƏN FAKT! — Türk dövlətləri Avropanı keçdi

Davosda DİQQƏTÇƏKƏN FAKT! — Türk dövlətləri Avropanı keçdi
27.02.2026 14:21 Аналитика

Məlum olduğu kimi, İsveçrənin Davos şəhərində keçirilən Dünya İqtisadi Forumu çərçivəsində ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə Qəzzanın müharibədən sonrakı bərpası və idarə olunmasını nəzərdə tutan “Sülh Şurasının Nizamnaməsi” imzalandı.

Sənədə imza atan ölkələr arasında ABŞ ilə yanaşı Azərbaycan, Türkiyə, Ermənistan, Argentina, Bəhreyn, Bolqarıstan, Macarıstan, İndoneziya, İordaniya, Qazaxıstan, Qətər, Mərakeş, Monqolustan, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), Pakistan, Paraqvay, Kosovo, Səudiyyə Ərəbistanı və Özbəkistan yer alıb. 

Siyahıya diqqət yetirildikdə maraqlı bir məqam da ortaya çıxır: Trampın təşəbbüsü ilə formalaşdırılan “Sülh Şurası”na qoşulan türk dövlətlərinin sayı Avropa ölkələrindən daha çoxdur. Belə ki, Avropadan sənədə Bolqarıstan, Macarıstan və Kosovo imza atdığı halda, türk dövlətləri sırasında Azərbaycan, Türkiyə, Qazaxıstan və Özbəkistan yer alır. 

Bu mənzərə isə təbii olaraq bir sual doğurur: Tramp administrasiyasının türk dövlətlərinə münasibətini və onların bu təşəbbüsdə fəal iştirakını necə xarakterizə etmək olar?

Sözügedən məsələni TodayPress TV-yə şərh edən   Ədalət, Hüquq, Demokratiya Partiyasının (ƏHD) ictimai-siyasi əlaqələr üzrə katibi, politoloq Azər Qasımov bildirib ki, Trampın “Sülh Şurası”, əslində, bu günə kimi siyasi arenada önə çıxmaq fürsəti olmayan ölkələr üçün bir şans oldu.


Bu baxımdan türk dövlətləri öz səslərini eşitdirmək üçün bu şuraya qoşuldular:

“Trampın şəxsi imici də bəzi ölkələri, o cümlədən Avropa ölkələrini bu şuradan uzaq tutdu. Proseslərin gedişatına uyğun olaraq, şuraya üzv ölkələrin sayının artmasının mümkün olması ehtimalı da var. Tramp xarakteri etibarilə elə xüsusiyyətə malikdir ki, onun yekəxana insanlardan xoşu gəlmir. O, sadə insanlarla münasibətlərə daha çox önəm verir. Onun müharibələri dayandırmaq cəhdləri də məhz bu yanaşma ilə bağlıdır”.

Ekspertin qənaətincə, türk dövlətləri gördükləri münasibətin cavabını “Sülh Şurası”na daxil olmaqla veriblər:

“Avropadan bu şuraya daxil olan ölkələr də ya türk köklüdür, ya da Bolqarıstan kimi uzun onilliklər boyu türklərin təsir dairəsində olublar. Hesab edirəm ki, Tramp da türk dövlətlərinin səmimiyyətinə inanır. Ona görə də türk dövlətlərinə qarşı səmimi davranır”.

Qiymət Mahir

TodayPress TV

ЛЕНТА НОВОСТЕЙ
04 июня 2026
Скрыть не удалось: подтверждены ужасные разрушения на военной базе в Кувейте 17:39 Том Баррак: Центр силы, протянувшийся от Турции до Ближнего Востока 17:25 Гроза армян, забытая легенда бакинского криминала: Кочи Тарлан — пишет Заур Алиев... 16:44 ОТ ВЕРСАЛЯ ДО УКРАИНЫ: СТО ЛЕТ ПОИСКОВ МИРОВОГО ПОРЯДКА — пишет Рамиз Юнус... 16:06 Ожидается ли провокация на азербайджано-армянской границе? 16:02 Азербайджанская пощечина «свинопасу», мнившему себя альтернативой Пашиняну — о чем говорят в Агдаме... 15:38 Трамп встретится с Хаменеи: громкое заявление изменило повестку дня 14:48 «В Каабе есть дьявол, и его побивают камнями?»: теолог возмущен 14:45 Ведомство, пресекающее провокации иностранных спецслужб — в указе Президента 14:32 Эпоха «вынужденного переселения» завершается: государство меняет закон! 14:16 Скандал с зарплатами на Space TV: крайним остался Вадо 11:49 По делу о мошенничестве на полмиллиона вынесено новое судебное решение 11:22 Путин «прижал» миллиардеров: цена угроз за закрытыми дверями... 11:09 Никол Пашинян передал Азербайджану оружие на 4-5 миллиардов долларов — с каким лицом он просит голоса? 11:00 В Иране неспокойно, власть трещит по швам: президента прижали к стене, КСИР не знает границ 10:39 Polşa dronlara qarşı öz müdafiə sistemini yaradacaq 22:54 Все новости