“ASAN xidmət” brendinin ixracı ilə bağlı növbəti müqavilə imzalandı

“ASAN xidmət” brendinin ixracı ilə bağlı növbəti müqavilə imzalandı
03.06.2025 14:48 Sosial

3-4 iyun 2025-ci il tarixində Seneqal Respublikasının dövlət idarəçiliyi və dövlət xidmətlərində islahatlar naziri Olivye Bukalın rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin dəvəti əsasında ölkəmizdə səfərdədir.

TodayPress TV xəbər verir ki, Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev qonağa Prezident İlham Əliyevin təşəbbüsü əsasında yaradılmış “ASAN xidmət” mərkəzləri və sosial innovasiyalar istiqamətində həyata keçirilən layihələr barədə ətraflı məlumat verib.

Hazırda Azərbaycanın intellektual brendinin 25-dən çox ölkəyə ixrac edildiyi  diqqətə çatdırılıb.  Ülvi Mehdiyev  tərəflər arasında inkişaf edən əməkdaşlıq mühitindən  məmnunluğunu və “ASAN xidmət” təcrübəsinin Seneqalda tətbiqi istiqamətində hər zaman dəstəyə hazır olduqlarını ifadə edib.  Həmçinin  tərəflər arasında imzalancaq əməkdaşlıq sənədinin bu münasibətləri daha da gücləndirəcəyi diqqətə çatdırılıb. 

Seneqallı nazir “ASAN xidmət”in onda yüksək təəssürat yaratdığını və əhalinin dövlət xidmətlərinə əlçatanlığının təmin edilməsində mühüm rol oynadığını vurğulayıb. O, “ASAN xidmət”in dövlət xidmətləri istiqamətində peşəkarlıq və səmərəlilik səviyyəsi olduğunu, burada vətəndaşların işlərini sürətləndirmək üçün yaxşı imkanların yaradıldığını bildirib. Həmçinin əməkdaşlıq sənədi nəticəsində bu təcrübənin tezliklə Seneqalda tətbiqi ilə bağlı işlərin sürətləndirilməsində maraqlı olduqlarını diqqətə çatdırıb. 

Sonra Azərbaycan Respublikasının Prezidenti yanında Vətandaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə Seneqal Respublikasının Dövlət İdarəçiliyi və Dövlət Xidmətlərində İslahatlar Nazirliyi arasında Anlaşma Memorandumunun imzalanma mərasimi keçirilib.

Memorandum “ASAN xidmət” təcrübəsinin Seneqal Respublikasında tətbiqini, eləcə də seneqallı dövlət qulluqçuları üçün "ASAN xidmət" mərkəzlərində təcrübə proqramlarının təşkilini, həmçinin Dövlət Agentliyinin ekspertləri tərəfindən dövlət xidmətlərinin göstərilməsi sahəsində qabaqcıl təcrübənin Seneqal tərəfi ilə paylaşılmasını nəzərdə tutur. 

Qonaqlar “ASAN xidmət” mərkəzinin, ASAN İnnovativ İnkişaf Mərkəzinin, “INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzinin, “Bilim Bakı” mərkəzinin,  Səyyar ASAN xidmətin fəaliyyəti ilə də tanış olublar. 

Seneqal Respublikasının nümayəndə heyətinin ölkəmizə səfəri davam edir.

XƏBƏR LENTİ
31 MAY 2026
"Makedon" vəfat etdi 15:00 Tramp Omanı hədələdi 13:40 Azərbaycanlı fotoqraf beynəlxalq sərgi ilə Romada çıxış edir 14:29 Azərbaycan millisi Qazaxıstanla qarşılaşacaq 12:43 Bərədə AĞIR QƏZA: 10 nəfər yaralandı 13:28 Türkiyədə zəncirvari qəzada dörd nəfər öldü 12:13 Sürücülərə XƏBƏRDARLIQ 13:19 Paşinyan "Tramp marşrutu" və yeni dəmir yolu planlarını açıqladı 12:30 Azərbaycanın bəzi rayonlarında şimşək çaxacaq, dolu düşəcək - PROQNOZ 12:45 İran bir "Yasin"ə Azərbaycanı Ermənistana satdı 12:26 İsraildən Livan açıqlaması: Bofort qalası ələ keçirildi 12:07 Xameneinin dəfn mərasiminə hazırlıq başladı 12:20 Azərbaycan millisi Avropa Kubokuna qızıl medalla başladı 12:01 ABŞ-dən narkotacirlərin gəmisinə zərbə: Ölənlər var - VİDEO 11:46 Tramp şərtləri sərtləşdirir: ABŞ-İran müqaviləsi sual altındadır 11:39 FAKTİKİ HAVA: Şahdağda qar yağıb, Kəlbəcərə dolu düşüb 11:42 AZAL bu istiqamətdə uçuşlarını bərpa etdi 09:34 Türkiyədə sərnişin avtobusu yanıb, ölənlər var 09:37 ABŞ-İran danışıqları uzanır: Tramp səbəbi açıqladı 09:23 PSJ-nin qələbəsindən sonra baş verən iğtişaşlarda azı 12 nəfər yaralandı 09:46 Tramp İranla bağlı planını açıqladı: "Razılıq əldə olunmasa..." 09:42 ABŞ-yə məxsus PUA vuruldu - SEPAH 09:18 Ukrayna Rusiyanın neft infrastrukturunu vurdu - VİDEO 09:30 ABŞ bunu qəti şəkildə qəbul etmir - Trampdan açıqlama 09:15 Londonda polis muzeyə gələn ziyarətçiləri təxliyə etdi - SƏBƏB 09:11 Bütün Xəbərlər