Fazil Mustafa: “Bu xalqın aydınlıq yolu ərəb çöllərindən başlamır!”

Fazil Mustafa: “Bu xalqın aydınlıq yolu ərəb çöllərindən başlamır!”
15.07.2025 12:59 Siyasət

Milli Məclisin deputatı Fazil Mustafa cəmiyyətin bəzi təbəqələrində milli və dünyəvi dəyərlərin təhrif olunmasına sərt reaksiya verib.

TodayPress TV xəbər verir ki, deputat bu barədə fikirlərini özünün “Facebook” hesabında paylaşıb. 

O, müxtəlif sahələrdə tanınmış şəxslərin milli dövlətçiliyə və dünyəvi sistemə zidd fikirlərlə çıxış etməsini tənqid edib:

“Milli dövlətin mahiyyətini anlamayan, dünyəvi dövlətin dəyərlərini qanmayan biriləri ziyalı, tarixçi, yazar, müğənni, aktyor, meyxanaçı, mərsiyəçi, teleaparıcı, bloger, statusçu qiyafəsində ölkədə əsrlər öncədən milli-mənəvi dəyərlər adı ilə qanımıza, genimizə yerləşdirilmiş nadanlığı, xurafatı, cəhaləti tarixi qəhrəman adı ilə, din adı ilə fərqli üsullarla təbliğ etməyə çalışırlar”.

Fazil Mustafa sevindirici məqam kimi bu təbliğata qarşı çıxanların artdığını vurğulayıb:

“Bu qaragüruhçuluğun ruporlarına qarşı çıxış edənlərin, dirəniş göstərənlərin, cəsarətlə yazı yazanların, mövqe sərgiləyənlərin sayı da artır. Demək ki, bu milləti orta çağın qaranlığına başqa ölkələrin din ideologiyasının təsiri altında gömmək elə də asan deyil”. 

Deputat sağlam dini düşüncə ilə dini fanatizmin fərqləndirilməsinin vacibliyini qeyd edib:

“Öz dinini hansısa xəstə zehniyyətin tənzimlədiyi bir ideologiyaya çevirmədən öz Allahına, onun kitabına və elçisinə sevgi ilə yaşayanlarla dini cəhalət mazoxizmini təbliğ edənlər arasında fərqi görmək üçün sosial şəbəkələr kifayətdir. Sadəcə bir videoya baxmaq bəs edir ki, Şeyx Nəsrullahın sıraya düzdüyü kütlə ilə bugünkü bəzi “ölü” beyinlər arasında fərq olmadığını görək. Bu xalqın aydınlıq yolu Cümhuriyyətimizdən, milli dövlət qurmaqdan başlayır, 1991-ci ildə bərpa etdiyimiz müstəqil Azərbaycan dövləti ilə davam edir, 2023-cü ildə azad etdiyimiz Qarabağ torpağı ilə zirvəyə çatır. Azərbaycanın aydınlıq yolu nə ərəb çöllərindən, nə də İran döllərindən başlayır”.

Deputat yazıçı İsmayıl Şıxlının yaratdığı obrazlar üzərindən də cəmiyyətə mesaj verib:

“Kafir deyə damğalanan Rus Əhmədin təklif etdiyi maarifçilik yolu ilə Molla Sadığın cəhalət iqamətgahından çıxan yol heç vaxt uzlaşa bilməz”.

Sonda isə o, milli dövlətin qorunmasının vacibliyini xüsusi vurğulayıb. Qeyd edib ki, cahilin diplomlusu ilə diplomsuzunun fərqi olmaz. Novruzəlinin akademik, Məhəmmədhəsən əminin xalq artisti, Molla İbrahimxəlil Kimyagərin deputat, Usta Zeynalın da xalq yazıçısı olması bizə sırınmış dini və milli üfunəti gizlədə bilməz. Aydınlıq yolu üçün cəsarətlə çalışmalıyıq, yazmalıyıq, izah etməliyik, aydınlatmalıyıq. 

Qiymət Mahir

XƏBƏR LENTİ
01 IYUN 2026
İsrail Livanı bombalayır 17:57 Müharibə yenidən başlayır? İran ABŞ ilə danışıqları dayandırdı 17:52 Sahibə Qafarova Serbiyada səfərdədir 17:48 Monteneqro Prezidenti Azərbaycan liderini təbrik etdi 17:30 Tramp Əliyevə məktub göndərib - iyun ayında olacaq böyük hadisələrin mesajını verdi: Şifrələri açırıq 17:15 Sabah BTQ dəmir yolu xətti modernləşdirilmədən sonra istifadəyə veriləcək 17:14 Növbəti iki gün hava yağıntılı olacaq - XƏBƏRDARLIQ 16:51 Əraqçi xəbərdarlıq etdi: "Bu halda bütün cəbhələrdə atəşkəs pozulacaq" 16:41 İspan məşqçilərinin uğur sirri açıqlandı! 16:39 Rodri transfer xəbərləri fonunda diqqətini mundiala yönəltdi! 16:34 Rusiya diplomatik əlaqələri genişləndirir - Dörd səfirlik açılacaq 16:32 ABŞ döyüşə hazır vəziyyətdə gözləyir - VİDEO 16:31 Gürcüstandakı azərbaycanlılar qibləni Tehranda, Xamenei fotosuna ibadətdə axtarırlar, niyə? 16:29 “Ağ-qaralar” heyətin vacib üzvlərini qorudu! 16:16 Prezident “Baku Energy Forum”un rəsmi açılış mərasimində iştirak etdi - YENİLƏNDİ 3 10:02 Ordu yavaş-yavaş yığılır - Rusiya və Belarus Ermənistana müdaxiləyə hazırlanır? 16:11 Azərbaycanı dünyada biabır edənlər 16:10 “Qırmızılar” heyətdə ciddi dəyişikliklərə başladı! 16:05 Azərbaycan yalan oldu, Ermənistan "Noldu, Paşinyan?" şüarları ilə çalxalanır 16:00 ABŞ Dövlət katibi elçi göndərdi, Prezident qəbul etdi 15:58 Hemiltonun uğurunun arxasında gizlənən səbəb məlum oldu! 15:55 "Yevlaxa qədər işğal edək" deyən sabiq erməni nazirdən sensassion açıqlama 15:50 ƏƏSMN açıqladı: Bu uşaqlar ailələrinə qaytarılıb 15:51 Bu dərmanların qiymətinin yuxarı həddi tənzimləndi 15:34 Dünya Seriyasında Azərbaycan güləşçilərindən uğurlu nəticə! 15:17 Bütün Xəbərlər