Daha bir dəmir yolu sahəsində işlər başa çatdı

Daha bir dəmir yolu sahəsində işlər başa çatdı
05.09.2025 12:45 Sənaye və energetika

Bakı–Böyük Kəsik dəmir yolu xəttində enerji sisteminin layihələndirilməsi, təchizatı və quraşdırılması çərçivəsində Ucar–Hacıqabul sahəsində (122 km) dəyişən cərəyan (AC) sisteminin tətbiqi üzrə işlər tamamlanıb və həm yük, həm də sərnişin qatarlarının test yürüşləri həyata keçirilib.

TodayPress TV  xəbər verir ki, bu barədə "Azərbaycan Dəmir Yolları" QSC məlumat yayıb.

Bildirilib ki, enerji səmərəliliyini artırmaq, texniki qulluğa sərf olunan vaxtı azaltmaq, təhlükəsizlik səviyyəsini yüksəltmək və stansiya-sahələrdə avadanlıq sayını minimuma endirmək məqsədilə bu hissədə rabitə və işarəvermə sistemləri də yenilənib, işarəvermə, rabitə və idarəetmə proseslərinin paralel işləməsinə imkan verən müasir çoxprosesli idarəetmə (MPM) texnologiyasına keçid edilib. Bununla Ucar–Hacıqabul sahəsində AC sisteminə tam keçid təmin olunub.

Qeyd olunub ki, AC sisteminə keçid elektriklə işləyən lokomotivlərin dartı gücünü artırmaqla dəmir yolu ilə daşınan yük həcmlərinin çoxalmasına, enerji və digər resurslara qənaətə, enerji itkilərinin azalmasına, xərclərin optimallaşdırılmasına, istismarın sadələşməsinə və qatarların hərəkət sürətinin yüksəlməsinə şərait yaradacaq. Dünyanın aparıcı ölkələrində – o cümlədən Avropada və Çində – müasir magistral xətlər, beynəlxalq dəmir yolu marşrutları və yüksək sürətli şəbəkələr məhz AC sistemi ilə işləyir ki, bu da uzun məsafələrdə yüksək sürət və sabit enerji təchizatı deməkdir.

Həmçinin vurğulanıb ki, dəyişən cərəyan texnologiyasına keçid təkcə texniki modernləşmə deyil, həm də Ətraf mühit, Sosial və Korporativ İdarəetmə (ESG) prinsiplərinə uyğun dayanıqlılıq öhdəliklərinin tərkib hissəsidir: dizel dartısına tələbat azalır, enerji səmərəliliyi artır, karbon emissiyaları minimuma enir və beləliklə dəmir yolu daha rəqabətqabiliyyətli, ekoloji cəhətdən dayanıqlı nəqliyyat növünə çevrilir.

Enerji sisteminin yenilənməsi ilə yanaşı, ADY vaqon parkını da mərhələli şəkildə genişləndirir: hazırda parkda AC ilə işləyən 15 müasir sərnişin qatarı və 50 lokomotiv mövcuddur. Onlardan 6 sərnişin qatarı və 40 lokomotiv dəyişən cərəyanla, 9 sərnişin qatarı və 10 lokomotiv isə həm sabit (DC), həm də dəyişən cərəyan (AC) ilə işləyir.

Bundan əvvəl Bakı–Böyük Kəsik magistralında Böyük Kəsik–Gəncə (141 km) və Gəncə–Ucar (113 km) sahələrində də AC-yə keçid təmin olunub. Layihənin son mərhələsi kimi 2026–2027-ci illərdə Hacıqabul–Bakı sahəsində (127 km) də AC sisteminə keçid planlaşdırılır. Bu mərhələ tamamlandıqdan sonra bütün Bakı–Böyük Kəsik xətti dəyişən cərəyan əsasında işləyəcək və Azərbaycanın dəmir yolu infrastrukturu beynəlxalq standartlara uyğun müasir şəbəkəyə çevriləcək.

ADY-nin məlumatına görə, Bakı–Böyük Kəsik xətti ölkə ərazisindən keçən beynəlxalq magistral dəhlizlər üzrə tranzit yüklərin daşındığı əsas xətt olduğundan, AC sisteminin tətbiqi Orta Dəhlizdə əməliyyat səmərəliliyini və yük həcmlərini artıracaq; dəniz və avtomobil nəqliyyatı ilə müqayisədə dəmir yolunun rəqabət qabiliyyəti yüksələcək və Azərbaycanın beynəlxalq logistika xəritəsində mövqeyi daha da güclənəcək.

TodayPress TV

XƏBƏR LENTİ
01 IYUN 2026
Netanyahu ilə Tramp arasında telefon danışığı aparılır 20:46 Tehran Tokioya söz verdi: Gəmilərin keçidi üçün addımlar atılacaq 19:22 SON DƏQİQƏ: ABŞ və İsrail ordusu hazır vəziyyətə gətirildi 20:38 Daniel Orteqa Saavedra və Rosario Murilyo Azərbaycan Prezidentini təbrik etdi 20:28 Hakan Fidan Əraqçi ilə danışdı - Nələr müzakirə edildi? 20:31 Bu ölkədə dünya çempionatına pulsuz biletlər paylanılır 19:14 Karol Navrotski İlham Əliyevi təbrik etdi 20:25 Trampın Əliyevə hədiyyəsində möhtəşəm detal – İrəvana səfərdən sonra mesaj verildi 20:13 İlham Əliyev Latviyaya rəsmi səfərə dəvət olundu 20:16 Azərbaycan idmançılarının 2026-cı ilin iyun ayı üçün reytinq cədvəli açıqlandı 19:11 Ukrayna Rusiyaya dron zərbələrinin intensivliyini artırır: Büdcədəki “dəlik” böyüyür 19:59 Millimiz Dünya Kubokuna qələbə ilə start verdi 19:42 Şəhid xanımı qətlə yetirildi - Qayınatası saxlanıldı - Foto 19:04 Kiberpolis onlayn qumar və kazino oyunlarına qarşı əməliyyat keçirib - VİDEO 18:58 Ukraynadan Rusiyaya ağır zərbə: 41 hərbi təyyarə məhv edildi - VİDEO 18:54 ABŞ Dövlət Departamentində böhran: İki minə yaxın diplomat işdən çıxarıldl 18:46 İlham Əliyev ABŞ rəsmisinə Trampın hədiyyəsini göstərdi - VİDEO 18:42 Rusiya Odessa vilayətindəki xəstəxanaya zərbə endirdi 18:30 Pezeşkiyan Yaponiyaya Hörmüzdən "qırmızı xalça" sərdi 18:13 İsrail Livanı bombalayır 17:57 Müharibə yenidən başlayır? İran ABŞ ilə danışıqları dayandırdı 17:52 Sahibə Qafarova Serbiyada səfərdədir 17:48 Monteneqro Prezidenti Azərbaycan liderini təbrik etdi 17:30 Tramp Əliyevə məktub göndərib - iyun ayında olacaq böyük hadisələrin mesajını verdi: Şifrələri açırıq 17:15 Sabah BTQ dəmir yolu xətti modernləşdirilmədən sonra istifadəyə veriləcək 17:14 Bütün Xəbərlər