MN-dəki mənimsəmə üzrə məhkəmə davam etdirildi

MN-dəki mənimsəmə üzrə məhkəmə davam etdirildi
27.05.2025 13:18 Hadisə

Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsinin sabiq rəisi general-mayor Nizami Məmmədov, Hərbi Hava Qüvvələrinin Maliyyə Xidmətinin sabiq rəisi polkovnik Cəlal Kazımov, Quru Qoşunların Maliyyə İdarəsinin sabiq rəisi Bayram Bayramov və Hərbi Dəniz Qüvvələrinin Maliyyə Xidmətinin sabiq rəisi Vüsal Əlizadənin barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib. 

TodayPress TV xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsində hakim İbrahim İbrahimlinin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən Cəlal Kazımovun vəkili vəsatət verərək müdafiə etdiyi şəxsin Bakı Hərbi Məhkəməsində çıxarılan hökmdən narazı olduğunu bildirib və məhkəmədən xahiş edib ki, ədalətli hökm çıxarılsın.

Vəsatətə münasibət bildirən Cəlal Kazımov deyib ki, o birinci instansiya məhkəməsində sübutların düzgün təhlil edilmədiyini düşünür və ədalətli hökm çıxarılmadığına inanır:

"Mən əsgərəm, nə əmr edilib, onu icra etmişəm. Buna baxmayaraq, məni təqsirləndirilən olaraq elan ediblər, amma o pulu həqiqətən mənimsəyənlər - bu işin başında olan Rafael Xələfov, 4 milyon 526 min mənimsəyən N.Poladov, R.İbrahimov və S.Abbasovdur. Biz isə həbs olunmuşuq. Mən demirəm ki, eləməmişəm. Deyirəm ki, vəsait almamışam və heç bir sənəddə imzam yoxdur. Mən sənət seçəndə Vətəni qorumaq üçün seçmişdim, Vətəni talamaq üçün yox".

Vəsatətin şikayətə əlavə ediləcəyi bildirilib.  Daha sonra Cəlal Kazımovun vəkili daha bir vəsatət qaldıraraq əvvəlki məhkəmənin protokollaşdırılmış hökmünün deyil, məhkəmə prosesinin audio-video yazısının mötəbər sübut kimi qəbul edilməsini xahiş edib.

Hakim bu vəsatətə yekun müşavirədə baxılacağını söyləyib. Prosesin davamında C.Kazımov daha bir vəsait verərək onunla bağlı bütün videolara məhkəmədə baxılmasını xahiş edib. Bu vəsatət də təmin edilməyib. 

Digər təqsirləndirilən Vüsal Əlizadə məhkəməyə vəsatət verərək xahiş edib ki, büdcə ilə bağlı ekspertiza rəyi Ədliyyə Nəzirliyinin ekspertizasına göndərilərək yoxlanılsın. O, iddia edib ki, həmin ekspertiza rəyi həqiqəti əks etdirmir. Bu vəsatət də təmin olunmayıb. 

Daha sonra vəkillər dəlillərə münasibət bildirib.  Növbəti proses iyunun 12-nə təyin edilib. 

Qeyd edək ki, Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsinin sabiq rəisi general-mayor Nizami Məmmədov, Hərbi Hava Qüvvələrinin (HHQ) Maliyyə Xidmətinin sabiq rəisi, polkovnik Cəlal Kazımov, Quru Qoşunların maliyyə idarəsinin sabiq rəisi Bayram Bayramov, Hərbi Hava Qüvvələrinin maliyyə xidmətinin sabiq rəisi Vüsal Əlizadə, Müdafiə Nazirliyinin Satınalmalar və Təchizat İdarəsinin sabiq rəisi, polkovnik Mahir Şirvanov, həmçinin nazirliyin Satınalmalar və Təchizat İdarəsinin sabiq rəisi Məlikməmməd Qurbanov, nazirliyin mənzil istismar idarəsinin sabiq rəisi, polkovnik Fikrət Mirzəyev Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) vəsatəti əsasında həbs ediliblər. Təqsirləndirilən şəxslərin hər birinə Cinayət Məcəlləsinin 179.4-cü (xüsusilə külli miqdarda ziyan vurmaqla mənimsəmə törətmək) maddəsi ilə ittiham irəli sürülüb.

Cinayət işi üzrə ümumilikdə dövlətə dəymiş ziyan 143 milyon manat hesablanıb.

Cinayət işləri ayrı-ayrı icraatlarda baxılması üçün məhkəməyə göndərilib.Cinayət işi üzrə Maliyyə Nazirliyi zərərçəkmiş qismində tanınıb. Bakı Hərbi Məhkəməsinin hökmünə əsasən, Nizami Məmmədov və Bayram Bayramov hər biri 11 il 6 ay, Cəlal Kazımov 11 il, Vüsal Əlizadə isə 10 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Eyni zamanda, təqsirləndirilən şəxslərin üzərinə həbs qoyulmuş əmlaklarının müsadirə edilməsi barədə qərar qəbul olunub.

XƏBƏR LENTİ
04 IYUN 2026
"Ferrari" komandası "Formula-1"də rekord müəyyənləşdirdi 00:20 Bu ölkədə isti hava səbəbindən ölənlərin sayı 100-ü keçdi 23:27 Trampdan İrana sərt mesaj: “İki-üç həftəyə hər şeyi məhv edə bilərik” 00:44 Konqoda Ebola yoluxmuş beş məhbus qaçdı 23:46 Azərbaycanın minifutbol millisi Avropa çempionatında finala vəsiqə qazandı 00:00 İran ordusu ABŞ esminesinə hücum etdi - KİV 23:47 Qalibaf: İrana qarşı boş təhdidlər dövrü başa çatıb 23:42 VAZ və "Mitsubishi" toqquşdu: Bir yaralı, bir ölü 23:05 Rusiya səfiri Britaniya XİN-ə çağırıldı 23:09 DÇ-2026: İran millisinin oyunçuları viza aldılar 22:16 "Hizbullah" Bofor qalasındakı İsrail əsgərlərini hədəf aldı 22:56 Qırğızıstan ilk dəfə BMT Təhlükəsizlik Şurasının üzvü seçildi 21:43 Minifutbol üzrə Avropa çempionatında ilk finalçı bəlli oldu 22:29 Bu ölkə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvlüyünə seçilə bilmədi 21:34 Rusiya Ermənistan məhsullarını Azərbaycanla əvəz edir? - Putinin xüsusi nümayəndəsi açıqladı 22:17 Elçibəyin Zəngəzur dəhlizi planı niyə baş tutmayıb? – Sabiq köməkçidən tarixi açıqlama 21:02 Amerika nüvə silahları Rusiya sərhədlərinə yaxınlaşa bilər 22:00 Rubiodan "TRIPP" açıqlaması: "Əhəmiyyətli imkanlar yaradacaq" 21:15 Qadın basketbolçularımız Polşanı məğlub edib pley-inə yüksəldi 21:37 Rusiya ordusundan Kramatorska ağır zərbə – Ölənlərin sayı artır 20:57 Cəfər Əsədova yüksək vəzifə verildi 20:17 Trampın Ankaradakı NATO Sammitində iştirakı təsdiqləndi 21:05 Rubio: "BMT-nin fəaliyyəti yaradılma məqsədlərinə uyğun gəlmir" 20:59 Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin baş katibi vəfat etdi 20:19 "Mən Kolumbiya bayrağını Trampa təhvil verməmişəm" - Petro 20:44 Bütün Xəbərlər